ABŞ-ın sanksiyaları altında olan Çinə məxsus “Rich Starry” tankeri, ABŞ Prezidenti Donald Trampın elan etdiyi blokadaya baxmayaraq, Hörmüz boğazından keçib.
Elchi.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Çinin “Shanghai Xuanrun Shipping Co. Ltd” şirkətinə məxsus gəmi İranla əməkdaşlığa görə sanksiya siyahısına düşüb. Kanalın məlumatına görə, amerikalıların yolu bağlamasından sonra Hörmüz boğazına daxil olan və Fars körfəzindən çıxan ilk gəmi bu tanker olub. Onun göyərtəsində təxminən 250 min barel metanol var və heyəti çinlilərdən ibarətdir.
Mash-ın yazdığına görə, hazırda boğaza doğru sanksiya altında olan daha bir gəmi — əvvəllər Rusiya və İran neftini daşıyan “Murlikishan” hərəkət edir. Tankerin aprelin 16-da mazut doldurmaq üçün İraqda dayanacağı gözlənilir.
Məryəm





















