Çin bu ilin ikinci yarısında Ayın cənub qütbünə Ay kəşfiyyat missiyası olan “Çanqe 7”-ni göndərmək üçün hazırlıqlara başlayıb.
Elchi.az xəbər verir ki, Çin Milli Kosmik Administrasiyasının açıqlamasına görə, Ay kəşfiyyat vasitəsi buraxılışdan əvvəl sınaq üçün Haynan adasındakı Vençanq Kosmik Mərkəzinə gətirilib.
Çanqe 7 missiyası Ay səthinə yüksək dəqiqlikli yumşaq eniş, ayaq hərəkətləri, sıçrayış və daimi kölgə altında kraterlərin öyrənilməsi kimi əsas texnologiyalarda əhəmiyyətli irəliləyişlər əldə etməyi hədəfləyir.
Missiyaya həmçinin Ayın cənub qütbündə ətraf mühit və resurs tədqiqatları da daxil olacaq.
Şayəstə





















