İran Qızıl Aypara Cəmiyyəti: 28 fevralda başlayan və 8 apreldə başa çatan ABŞ-İsrail hücumlarında 125.630 mülki vahidə zərər dəyib.
Elchi.az xəbər verir ki, İranın rəsmi agentliyi IRNA-nın məlumatına görə, Qızıl Aypara rəhbəri Pir Hüseyn Kulivand ABŞ-İsrail hücumlarının mülki ərazilərə vurduğu ziyanın miqyasını açıqlayıb.
Kuluvand bildirib ki, “Bu hücumlar zamanı ölkə daxilində 125.630 mülki vahidə zərər dəyib. Zərər dəyən yerlərin 23.500-ü ticarət mərkəzləri və iş yerləridir”.
Qızıl Aypara rəhbəri Kulivand həmçinin ABŞ-İsrail hücumlarının səhiyyə mərkəzlərini hədəf aldığını bildirib və deyib: “Bu hücumlarda xəstəxanalar, apteklər, laboratoriyalar və təcili yardım xidmətləri də daxil olmaqla 339 səhiyyə mərkəzi hədəf alınıb”.
Şayəstə





















