ABŞ və İsrailin hava hücumlarında həlak olan İran generalları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi) rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi üçün vida mərasimi çərşənbə günü Tehranda keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Tehran üzrə Sepah İdarəsinin rəisi məlumat verib.
Daha əvvəl İranın SNN televiziya kanalı yüksək rütbəli hərbi rəsmilərin vida mərasiminin çərşənbə günü Tehranın Ənqelab meydanında saat 13:00-da başlayacağını bildirmişdi.
Məryəm





















