Hörmüz boğazından gəmilərin keçidinin daha uzun müddət dayandırılması dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.
Elchi.az xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco-nun rəhbəri Əmin Nasir bildirib.
“Fasilələr nə qədər uzun davam edərsə, dünya neft bazarları üçün nəticələr bir o qədər fəlakətli olacaq və bu, qlobal iqtisadiyyata daha güclü təsir göstərəcək”, – deyə Nasser jurnalistlərə bildirib. Onun sözlərini The National qəzeti sitat gətirib.
Məryəm





















