ABŞ vitse-prezidenti JD Vans İranla bağlı həm hərbi, həm də diplomatik variantların hələ də müzakirə mövzusu olduğunu bildirib və əlavə edib ki, ölkəsinin potensial hücumlardan sonra Yaxın Şərqdə illərlə davam edən və sonsuz müharibəyə sürüklənməsinin “heç bir ehtimalı” yoxdur.
Elchi.az xəbər verir ki, Vans bu sözləri dünən Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra “Washington Post” qəzetinə verdiyi müsahibədə deyib.
ABŞ prezidenti Donald Trampın “İranla bağlı hansı qərarı verəcəyini bilmədiyini” deyən Vans mümkün variantlar arasında həm hərbi hücumlara, həm də “diplomatik həllərə” işarə edib.
Digər tərəfdən, potensial hücumdan sonrakı prosesi qiymətləndirən Vans deyib: “Yaxın Şərqdə illərlə davam edən və sonsuz müharibəyə girmə ehtimalımız yoxdur”.
Vans bildirib ki, “Düşünürəm ki, keçmiş səhvləri təkrarlamaqdan çəkinməliyik. Amma eyni zamanda keçmişin dərslərindən həddindən artıq dərs çıxarmaqdan da çəkinməliyik. Bir prezidentin hərbi münaqişəni səhv etməsi, yenidən hərbi münaqişəyə qoşula bilməyəcəyimiz anlamına gəlmir”.
Özünü xarici hərbi müdaxiləyə şübhə ilə yanaşan biri kimi təsvir edərək, bu təsvirin Trampa da aid olacağını iddia etdi.
Vens əlavə etdi: “Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük veririk. Amma bu, iranlıların nə edib-etməməsindən asılıdır.”
Şayəstə





















