"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Sülh Şurası” və Azərbaycan: Güclü tərəfdaşlıq, sabit region

20 Fevral 2026 - 16:42
in MANŞET
FacebookVatsap

Son illərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər müşahidə olunur. Böyük güclər arasında rəqabət güclənir, regional münaqişələr davam edir və mövcud beynəlxalq qurumların effektivliyi tez-tez sual altına alınır. Bu şəraitdə yeni əməkdaşlıq və sülh platformalarının yaranması təbii qarşılanır.
Geosiyasi baxımdan həssas bölgədə yerləşən Azərbaycan üçün beynəlxalq platformalarda iştirak yalnız diplomatik fəallıq deyil, həm də milli maraqların qorunması vasitəsidir. Rəsmi Bakı balanslı və çoxşaxəli xarici siyasət kursu ilə həm regional sabitliyə töhfə verməyə, həm də etibarlı tərəfdaş mövqeyini gücləndirməyə çalışır.

Bunu da oxuyun

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Mövzunun aktuallığını və beynəlxalq müstəvidə doğurduğu müzakirələri nəzərə alaraq, məsələyə siyasi prizmadan da aydınlıq gətirmək zərurəti yaranır. Moderator.az daha ətraflı təhlili üçün Milli Məclisin üzvü Qüdrət Həsənquliyev ilə həmsöhbət olub. Deputat məsələ ilə bağlı mövqeyini bölüşərək Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakı və regional təhlükəsizlik məsələlərinə dair fikirlərini səsləndirib.

Elchi.az həmin müsahibəni təqdim edir:

– Qüdrət müəllim, Azərbaycanın “Sülh Şurası” çərçivəsində iştirakının beynəlxalq siyasət və regional sabitlik baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

– Sülh Şurası Trampın təşəbbüsü ilə yaradıldı. Azərbaycanın dünyanın super gücü olan ABŞ-nin dəvətindən imtina etməsi ciddi yanlışlıq olardı. Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Tramp Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək TRİP layihəsini, o cümlədən süni intellektin tətbiqi və informasiya texnologiyalarının inkişafını təmin etmək üçün Azərbaycanla birgə layihələr həyata keçirmək istəyir. Azərbaycana təhlükəsizliyini təmin etmək üçün müsair katerlər verir. Hərbi, iqtisadi və siyasi sahədə əməkdaşlıq regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Dünyanın super gücü ABŞ-nin prezidenti ilə təmaslar həmişə əhəmiyyətlidir. Siyasi əməkdaşlıq ABŞ-nin hər iki partiyasını əhatə etməlidir. Biz ABŞ-də 4 ildən bir seçki keçirildiyini və ABŞ-də ikipartiyalı sistemin olmasını da heç zaman unutmamalıyıq.

– Azərbaycanın bu platformadakı rolu beynəlxalq dialoqda etibarlı tərəfdaş imicini necə gücləndirir?

– Azərbaycanın sülh təşəbbüslərinə qoşulması ölkəmizin beynəlxalq mövqelərini gücləndirir. Sülhə yardım etməkdən böyük və xeyirxah iş ola bilməz. Azərbaycanın bu istiqamətdə fəaliyyəti həm də ona güclü tərəfdaşlar qazandıracaqdır.

– Eyni zamanda, Azərbaycan təcrübəsinin – xüsusilə Ermənistanla sülh prosesində əldə edilmiş nəticələrin – digər regional və qlobal münaqişələrin həllində tətbiqi potensialı barədə nə düşünürsünüz?

– Azərbaycan Ermənistanla sülhə ona görə nail ola bildi ki, erməni faşistləri torpaqlarımızdan qovduq. Bundan sonra əvvəl Rusiyanın, sonra ABŞ-nin vasitəçilik səyləri nəticə verdi. Əksi olsa, Putin və Tramp bunu əvvəllər də edərdi. Əgər işğalla üzləşmiş digər dövlətlər də Azərbaycanın etdiyini edə biləcəksə, çox yaxşı. Azərbaycanın sülh əldə etmək təcrübəsi budur.

– Azərbaycanın “Sülh Şurası”ndakı rolu, beynəlxalq təşkilatların funksionallığının bəzən məhdud qaldığı reallıqda alternativ çoxtərəfli mexanizmlərin formalaşmasına hansı töhfələri verə bilər?

– ATƏT Avropada, BMT dünyada beynəlxalq təhlükəsizliyə heç bir töhfə verə bilmir. Hər iki təşkilat diskussiya klubu rolunu oynayır. ATƏT-də qərarlar yekdilliklə qəbul olunduğundan və hərbi güc tətbiq etmək imkanı olmadığından əhəmiyyətsiz qurumdur. BMT-də isə Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququ olduğundan bu təşkilat da lazımsız quruma çevrilib. Sülh Şurasında qəbul olunmuş qərarları ABŞ hətta hərbi güc tətbiq etməklə belə müdafiə edəcəksə, onun əhəmiyyəti olacaq. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan üzvləri və Avropa İttifaqının aparıcı dövlətləri bu quruma qoşulmadı. Sülh Şurasına daha çox Trampın dostları qoşuldu, xüsusilə islam dünyasındakı. “Sülh Şurası” Qəzzada sülhə nail olsa və Qəzzanı bərpa etsə, bu özü artıq böyük tarixi nailiyyət olar. Bu Şura ilə əlaqədar sevindirici xəbər həm də odur ki, Azərbaycan ilkin ödəniş etməyəcək. Çünki erməni faşistlərin Qəzzadan da betər günə saldığı Qarabağımız var.

Previous Post

Prezident İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi

Next Post

Səfərbərlik Xidmətinin rəisi Xırdalanda vətəndaş qəbulu keçirib

Bənzər yazılar

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib – VİDEO – YENİLƏNİB

27 Oktyabr 2026 - 10:06

Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti...

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev Azərbaycan-Niderland,...

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38

ABŞ Prezidenti Donald Tramp Somalinin "bəlkə də dünyada ən pis ölkə" olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və...

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

Next Post
Səfərbərlik Xidmətinin rəisi Xırdalanda vətəndaş qəbulu keçirib

Səfərbərlik Xidmətinin rəisi Xırdalanda vətəndaş qəbulu keçirib

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34
Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30
TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30
Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

27 Oktyabr 2026 - 14:14
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

27 Oktyabr 2026 - 14:07
Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 14:00
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

27 Oktyabr 2026 - 13:51
ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

27 Oktyabr 2026 - 13:42
Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

Niderland Azərbaycana maliyyə yardımı göstərəcək

27 Oktyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.