"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyevdən hökumətə müraciət

15 Mart 2024 - 18:55
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

FacebookVatsap

“Tənqid ümumi işin xeyrinə olsa da onu heç kim xoşlamır, nə tənqid edən, nə də tənqid olunan. Çünki hamıda mənfi emosiyalar yaradır, xüsusilə də bayram ərəfəsində. Amma problemlərdən, çatışmazlıqlardan danışılmalı, nöqsanların aradan qaldırılması üçün təkliflər verilməlidir”.

Bunu da oxuyun

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Elchi.az  Musavat.com-a istinadən bildirir ki, bunu deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının parlamentdəki müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, müzakirələrdə tənqid olmasa, müzakirələrin gedişi parlamentin hökumətə hesabatı təəssüratı yarada bilər:

“2023-cü ildə ölkə sərhədləri heç bir ciddi hüquqi əsas olmadan bağlı saxlanılıb. Ümumdaxili məhsulun həcmində 1,1 faiz artım olub. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə bu, dünya üzrə 3,1 faiz olub. Adambaşına düşən ümumdaxili məhsulun həcmi 0,5 faiz artaraq, 12100 manat olub ki, bu göstərici Qərbi Avropa ölkələrindən 8-10 dəfə azdır. Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq, əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina olunmasa, hökumətin iqtisadiyyata nəzarətinə son qoyulmasa. 2023-cü ildə qeyd etdiyim bu rəqəmlərə əsasən iqtisadiyyatımızın durğunluq dövrünə qədəm qoyduğunu deyə bilərik. Hesabat ilində sahibkarların incidilməsi davam edib, mülkiyyətin qorunması, qanunçuluğun gözlənilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik”.

Q.Həsənquliyev qeyd edib ki, bütün bunlara baxmayaraq, iki hadisəyə görə, 2023-cü il xalqımızın tarixində əlamətdar il kimi qalacaq:

“23 apreldə dövlət sərhədlərini, 20 sentyabrda isə Qarabağ üzərində dövlət suverenliyini bərpa etdik. 20 sentyabr həm də bu günə qədər uğurlarımızın əsasını yaratmış Əsrin Müqaviləsinin imzalandığı gündür. Allah Heydər Əliyevin ruhunu şad etsin. Ona görə təklif edirəm ki, ya 20 sentyabr uğur, yaxud qələbə günü kimi bayram günlərinə daxil edilsin, ya da Zəfər Günü tam və qəti qələbə gününə- 20 sentyabra dəyişdirilsin. İkinci təklifim ondan ibarətdir ki, noyabrda COP-29 Bakıda keçiriləcək. Bu tədbir həyatın xilası üçün keçirilir. İstərdim bilək ki, hökumət nə qədər pul xərcləyəcək. İndi velosiped yolları çəkilir ki, avtomobildən az istifadə olunsun. Tüstü insanların ciyərlərini məhv edib, onları xərçəngə, digər ağır xəstəliklərə düçar etməsin. Özümüzü müasir ölkə kimi göstərmək istəyirik. Amma turistlər nə görəcək? Şəhərin mərkəzi küçələri, məktəblərin ətrafı siqaret reklamları və satışı ilə məşğul olan köşklərlə doludur. Bu, qoyulan pulu, çəkilən xərci, əziyyəti də batıracaq, haqqımızda təsəvvürlər yaxşı olmayacaq. “Reklam haqqında qanunun” 26-cı maddəsi açıq məkanda reklam adlanır və birinci bəndində deyilir: “Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında – divarlarında, hasarlarında – dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin – pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur”.

Həmin qanunun Tütün, tütün məmulatları və onlara aid ləvazimatların reklamı adlanan 28-ci maddəsində isə deyilir: “Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır”. Amma qanuna əhəmiyyət verən yoxdur. Mən və digər deputat həmkarlarım, xüsusilə rəhmətlik həmkarımız Qənirə xanım parlamentdə bu barədə çox danışıb. Mən, deputat sorğuları vermişəm ki, niyə qanun tətbiq olunmur, amma xeyri olmayıb. Ona görə təklif edirəm ki, Milli Məclis və hökumət adından bilmirəm necə adlandırım, tütün karterinə, sindikatına, yaxud trestinə xahişlə müraciət edək-amma xahişlə də düzəlməyəcək-həm də büdcədən onlara yaxşı pul ödəyək ki, COP29 ərəfəsində 1 aylıq siqaretin reklamını, məktəblərin yanındakı köşklərdə gənclərimizin gələcəyini də nəzərə alaraq satışını, ölkəmizin imici naminə dayandırsın. Axı onlar da azərbaycanlılardır, bəlkə nəzərə alarlar. Sonda onu da söyləmək istəyirəm ki, bu günlərdə eşitdik ki, ölkədə 40 minə qədər taksinin ləğv olunması istənilir. Hesab edirəm ki, Bakı şəhərində ən azı ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır və bizim şəhərdə Avropa göstəricilərinə görə, minimum 3 min avtobus olmalıdır. Amma bu avtobusların sayı olduqca azdır”.

Previous Post

Qüdrət Həsənquliyevdən hökumətə müraciət

Next Post

Xəzərdə güclü zəlzələ oldu

Bənzər yazılar

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00

Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib. Elchi.az xəbər verir ki, "TASS" agentliyi...

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09

Çinin xarici işlər naziri Vanq Yi xəbərdarlıq edib ki, əgər Yaponiya İkinci Dünya Müharibəsi dövründəki təcavüzkarlıq tarixindən dərs çıxarmazsa və...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Next Post
Xəzərdə güclü zəlzələ oldu

Xəzərdə güclü zəlzələ oldu

Xəzərdə güclü zəlzələ oldu

Xəzərdə güclü zəlzələ oldu

Son xəbərlər

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür

30 Sentyabr 2026 - 00:00
Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.