"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AQC sədri: Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur

12 Mart 2024 - 23:37
in CƏMİYYƏT
#image_title

#image_title

FacebookVatsap

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 1998-ci ildən fəaliyyət göstərir və ölkəmizin ilk assosiativ peşə birliklərindən biridir. Cəmiyyət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin işlək mexanizmlərinin yaradılması, qiymətləndirmə standartlarının tətbiqi, qiymətləndirmə subyektləri və qiymətləndiricilər arasında koordinasiyalı fəaliyyətin təşkili, beynəlxalq qiymətləndirmə platformalarında təmsilçilik, eləcə də peşəkar qiymətləndiricilərin yetişdirilməsi istiqamətində təlim, tədris və sertifikasiya prosesini həyata keçirən yeganə qurumdur və 60-dan artıq peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndiricini öz ətrafında birləşdirir.

Bunu da oxuyun

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Elchi.az xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentinin səlahiyyətlərini icra edən Vüqar Oruc söyləyib.

V.Oruc qeyd edib ki, cəmiyyət bu günə qədər minlərlə layihə icra edib.

“Dövlət qurumları, maliyyə təsisatları, biznes subyektləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edən AQC oxşar sahələrdə fəaliyyət göstərən assosiativ qurumlarla əlaqəli şəkildə fəaliyyət göstərir. Münasibətlərimiz isə əməkdaşlıq müqavilələri və memorandumları vasitəsilə tənzimlənir. Əsas məqsədimiz Azərbaycanda sivil qiymətləndirmə modelini formalaşdırmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə dəstək olmaq, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır”, – deyə AQC sədri vurğulayıb.

Rəhbəri olduğu cəmiyyətin beynəlxalq qiymətləndirmə platformaları ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran sədr bildirib ki, AQC Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının və digər qurumların üzvüdür: “Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətəndiricilər Birliyinin (TDQB) həmtəsisçisiyik. Ötən ilin iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan, bu günə qədər Bakıda, Ankarada və İstanbulda zirvə görüşləri keçirilən TDQB 700-dən artıq qiymətləndirmə şirkətini və minlərlə qiymətləndiricini öz sırasında birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə türk dövlətləri arasında artan yüksək əməkdaşlıq səviyyəsi qiymətləndirmə sektorunda bu qurumun tərkibində davam etdirilir. Qeyd edim ki, may ayında Bakıda keçiriləcək zirvə görüşündə birliyin prezidentlik səlahiyyətləri Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyəyə ötürüləcək. Zirvə görüşü ilə əlaqədar Cənab Prezident İlham Əliyevə müraciət etməyi nəzərdə tuturuq”, – TDQB rəhbəri vurğulayır.

Vüqar Oruc əlavə edir ki, qiymətləndirmə sahəsi çoxvektorludur və ekosistemin ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə görə, daşınar və daşınmaz əmlakın, qeyri-maddi aktivlərin, borc öhdəlikləri və ssudalar üzrə təminatın, əmlak və sair hüquqların, bazar dəyərinin, qiymətli kağızların investisiya proqramlarının qiymətləndirilməsi və s. istiqamətlər üzrə fəaliyyət göstərən qiymətləndirmə sektoru demək olar ki, hamılıqla Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunur.

“Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi ilə yanaşı, milli qiymətləndirmə standartlarının hazırlanması, qiymətləndiricilərin vahid məlumat bazasının yaradılması istiqamətində mühüm layihələr icra olunur. Qiymətləndirmə subyektləri və qiymətləndiricilərin AQC-yə üzv olmasının üstünlüklərinə gəldikdə isə, qeyd etdiyim kimi, cəmiyyətimiz bu sahədə fəaliyyət göstərən alternativsiz assosiativ birlikdir. Dövlət qurumları, maliyyə təsisatları, banklar, fondlar, eləcə də beynəlxalq təşkilatlar və aparıcı biznes subyektləri ilə əməkdaşlıq çərçivəsində onlar AQC-yə üzvlüyü vacib meyar, tələb kimi irəli sürürlər. Eyni zamanda qiymətləndirmə sertifikatları da zəruri tələblərdəndir ki, Azərbaycanda bu prosesi həyata keçirən yeganə qurum AQC-dir. AQC Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə ortaq qiymətləndirmə modellərinin tətbiqi üzərində də fəal iş aparır. Türkiyənin nüfuzlu Ankara Universiteti ilə birlikdə layihələr icra edirik. Ankara Universitetinin dəstəyilə Azərbaycandakı universitetlərdən birinə Qiymətləndirmə fakültəsinin yaradılması istiqamətində yerli universitetlərlə aktiv müzakirələr aparılır”, – deyə AQC sədri vurğulayıb.

Vüqar Oruc onu da əlavə edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu ilə Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur: “Əvvəla onu qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qanun layihəsi ilə bağlı müzakirələrin əsas iştirakçılarından və təşəbbüskarlarından biridir. Bu qanundan gözləntilərimiz böyükdür. Qanun qeyri-peşəkarların bazardan çıxarılmasını, bazarın tənzimlənməsini və qiymətləndiricinin nüfuzunun daha da yüksəldilməsini təmin edəcək. Çox təəssüf ki, uzun illər ərzində AQC qiymətləndirmə sektorunda faktiki tənzimləməni həyata keçirsə də, inzibati təsir rıçaqları olmayıb. Qiymətləndirmə sektorunda özünütənzimləmə mexanizmlərinin formalaşması baxımından qanun mühüm əhəmiyyət kəsb edir. Qanuna müvafiq olaraq qiymətləndirici şəhadətnamələrinin əldə edilməsi məqsədilə imtahanlar təşkil ediləcək ki, bundan sonrakı mərhələ Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılmasıdır. AQC olaraq Palatanın formalaşması prosesində də yaxından iştirak etmək niyyətindəyik”.

 

Previous Post

AQC sədri: Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur

Next Post

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

Bənzər yazılar

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

18 Sentyabr 2026 - 14:31

Bir günə qədər məktəbə gedən, rəfiqələri ilə gələcək arzularından danışan, hansı peşəni seçəcəyini düşünən bir qızın həyatı qəfil dəyişir. Onun...

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

18 Sentyabr 2026 - 12:10

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard...

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

18 Sentyabr 2026 - 09:53

Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın...

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik...

Next Post
Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək

Son xəbərlər

TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

TDT-nin inkişafı təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsindən keçir

18 Sentyabr 2026 - 14:36
“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

“Erkən nikah uşağın uşaqlığını əlindən alır” – Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

18 Sentyabr 2026 - 14:31
Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

Fermerlərə məhsul şəhadətnaməsi müddətli veriləcək

18 Sentyabr 2026 - 12:27
Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

18 Sentyabr 2026 - 12:18
Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

18 Sentyabr 2026 - 12:10
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 12:03
FHN sürücülərə müraciət edib

FHN sürücülərə müraciət edib

18 Sentyabr 2026 - 11:58
Milli Məclisin iclası keçirilir

Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir

18 Sentyabr 2026 - 11:50
TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

TikTok-un təsisçisi Asiyanın ən varlı insanı oldu

18 Sentyabr 2026 - 11:44
Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

18 Sentyabr 2026 - 11:37
Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

18 Sentyabr 2026 - 11:25
İran Hörmüz boğazında tankerə zərbə endirdi

İran Hörmüz boğazında tankerə zərbə endirdi

18 Sentyabr 2026 - 11:16
Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

18 Sentyabr 2026 - 11:09
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

18 Sentyabr 2026 - 11:00
Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

18 Sentyabr 2026 - 10:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.