"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Quru sərhədlərlə bağlı MÜHÜM XƏBƏR – UZUN MÜDDƏT…

16 Fevral 2024 - 13:30
in CƏMİYYƏT
FacebookVatsap

Prezident “bir quş da uçmamalı” dediyi sərhədlərin qorunması ilə bağlı iki mühüm səbəbi açıqladı – ekspertlərin şərhi

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

Azərbaycanın quru sərhədlərinin açılması məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalır. Pandemiyadan sonra da quru sərhədlərin bağlı qalmasının səbəbləri haqda çox danışılır.

Əsas versiyalardan biri budur ki, quru sərhədlərinin bağlı qalması təhlükəsizlik məsələləri ilə bağlı ola bilər. Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Burada müəyyən qüvvələr var ki, quru sərhədlər vasitəsilə təhlükəsizliyimizə qarşı təxribat törətməyə cəhd göstərə bilərlər.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində sərhədlərin qorunması ilə bağlı da danışıb. Prezident deyib ki, sərhədlərimizi daha da güclü qorumalıyıq: “Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə…” Beləliklə, Prezident sərhədlərlə bağlı mühüm iki məqamı qeyd edib. Birincisi, bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. İkinci mühüm səbəb isə ideoloji risklərdən qorumalıyıq. “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə…”, – deyə Prezident bildirib.

Xatırladaq ki, artıq 4 ildir Azərbaycanın quru sərhədləri bağlıdır. Quru sərhədlərin açılması ilə bağlı xeyli müzakirələr gedir. İlham Əliyevin keçirilən andiçmə mərasimindəki çıxışında belə məlum olur ki, sərhədlərin bu vaxta qədər bağlı qalmasının mühüm səbəbləri var və bu vəziyyət hələ bir qədər də davam edə bilər.

Mövzu ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu danışıb. Ekspert qeyd edib ki, uzun illər təkcə Qarabağ deyil, həm də bizim sərhədlərimiz işğal altında qalmışdı: “Ermənistan Azərbaycanın İranla olan sərhədini də işğal altında saxlamışdı. Məlum olduğu kimi, İranla sərhəd yolundan da qanunsuz fəaliyyətlər üçün istifadə olunurdu. Belə ki, narkotik maddələr, silah-sursat daşınırdı. Qarabağ tam azad olunduqdan sonra gördük ki, bütün şəhərlərimizi darmadağın ediblər. Məsələn, Ağdamda vaxtilə ən kasıb ailənin ikimərtəbəli evi var idisə, işğal dövründə bir daş belə daş üstündə qalmamışdı, hər şey sərhəd vasitəsilə daşınmışdı. Əlbəttə ki, bütün hər şey Ermənistana daşına bilməzdi, əksəriyyəti İrana daşınırdı. Çox şükür ki, torpaqlarımızı işğaldan azad etdik, sərhədlərimizi bərpa etdik.

İlham Əliyev andiçmə mərasimində bu məsələ ilə bağlı danışarkən, çox vacib bir cümlə də işlətdi ki, sərhədlərimizi həm fiziki, həm də ideoloji risklərdən qorumalıyıq. Sonra isə əlavə edir ki, “ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə…” Beləliklə, İlham Əliyev ideoloji risklər dedikdə, İrandan gələn təhlükələri nəzərdə tutur.

Təkcə İranla deyil, Rusiya ilə olan sərhədlərimizi də möhkəmləndirməliyik. Əlbəttə, bu iki ölkə ilə münasibətlərdə gərginlik istəmirik, əksinə, münasibətlərin davamına çalışırıq. Amma müəyyən təhlükələr var və biz bu təhlükələrdən özümüzü qorumalıyıq.

Beləliklə, İlham Əliyevin “ideoloji risklər” ifadəsinin altında çox böyük məna gizlənir. Çünki hər kəsə məlumdur ki, İran Azərbaycanın müstəqilliyini, dünya birliyini qəbul etmir, bizə qarşı siyasəti davam edir, onların içərisində səfirliyimizə hücumu, tələbəmizin saxta ittihamla həbs olunması, millət vəkilimizə qarşı terror hadisəsi var. Bütün bunlar Azərbaycana qarşı davam edən ideoloji müharibədir. Ona görə də İlham Əliyev bunu əhəmiyyətli hesab edir ki, sərhədlərimiz möhkəm olmalı, təchizatlar yenilənməlidir. Yəni təkcə ordu deyil, sərhəd xidmətimizin də imkanları genişlənməlidir. O ki qaldı sərhədlərin bağlı qalmasının nə qədər davam edəcəyinə, İlham Əliyevin çıxışı həm də ondan xəbər verir ki, müəyyən təhlükələr barədə məlumat olduğunda görə sərhədlər bir müddət də qapalı qalacaq. Amma biz əbədiyyətə qədər qonşularla sərhədi bağlı saxlaya bilmərik. Üstəlik, sərhədlərin qapalı qalması turizm sahəsinə də təsir edir. Məsələn, son statistikaya baxanda görürük ki, Gürcüstan və Ermənistan turistlərin sayına görə Azərbaycanı üstələyir. Doğrudur, Azərbaycana da turist gəlir. Amma biz turizmin inkişafını istəyiriksə, sərhəd məsələsinə bir əncam çəkməliyik. Amma bir daha qeyd edirəm ki, təhlükəsizlik məsələsi bizim üçün daha önəmlidir və ona görə də sərhədlər bir müddət də bağlı qalacaq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev isə mövzuya bu cür şərh bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında məlum məsələdir ki, yeni dövr üçün bir yol xəritəsi cızdı və bunu cəmiyyətə çatdırdı. Əsas məqam burada ondan ibarətdir ki, bütün aspektlər nəzərə alındı. Özünün siyasətində daim Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam şəkildə təmin olunması, eyni zamanda hər bir Azərbaycan vətəndaşının rifahını üstün tutub və bu istiqamətdə öz çıxışlarında həmin məqamların hamısına toxundu.

Təbii ki, ərazi bütövlüyü ilə bağlı, eyni zamanda Azərbaycan ərazisi suverenliyinə qarşı təhdidlərin qarşısının alınması istiqamətində əsas vəzifələr sırasında ordu quruculuğunun davam etdirilməsi, hərbi sənaye kompleksinin inkişafı məsələsi ən mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.

Çünki hazırda sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə müharibə gedir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılır, erməni havadarları, Qərb və digər dövlətlər isə məhz bu istiqamətdə Ermənistandan istifadə edərək, ikili siyasət yürüdür. Bütün bunlar təbii ki, gündəmdədir. Buna görə də güclü Azərbaycan Ordusunu daha da təkmilləşdimək, eyni zamanda kadr potensialı ilə gücləndirmək lazımdır. Müasir texnologiyadan, texnikadan istifadə edəcək kadrların Azərbaycan Ordusunda olması mütləqdir.

Təbii ki, ən mühüm məsələlərdən biri sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasıdır. Bu istiqamətdə həm ordu, həm xüsusi xidmət orqanları, Daxili işlər Nazirliyi birmənalı şəkildə ən zəruri məsələlərdən istifadə etməlidir. Çünki hazırda dünyada belə bir proses gedir ki, kimin gücü var, diktə edən tərəf də o olur. Paralel olaraq NATO və digər standartlara uyğun ordunun yaradılması, sərhəd təhlükəsizliyinə müvafiq strukturların daha da təkmilləşməsi və bunun üçün aparıcı texnologiyalardan istifadə olunması çox önəmlidir”. / “Yeni Müsavat”

Previous Post

Quru sərhədlərlə bağlı MÜHÜM XƏBƏR – UZUN MÜDDƏT…

Next Post

Gözdən əlil qadın səhvən sirkə içərək öldü

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post
TƏBİB-dən Qusardakı dəhşətli yanğınla bağlı – Açıqlama

Gözdən əlil qadın səhvən sirkə içərək öldü

TƏBİB-dən Qusardakı dəhşətli yanğınla bağlı – Açıqlama

Gözdən əlil qadın səhvən sirkə içərək öldü

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.