Güney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib.
Elchi.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb.
Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib.
Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur.
Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq...






















Son şərhlər