"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Milli tərəqqi yolunun cığırdaşı-Nəsib bəy Yusifbəylinin doğum günüdür

04 İyul 2023 - 08:00
in GÜNDƏM
FacebookVatsap

5 iyul tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin doğum günüdür.

Bunu da oxuyun

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu – 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub. 1920-ci il may ayının 31-də bir cox Cümhuriyyət qurucuları kimi qətlə yetirilib. Amma bəzi mənbələrdə bu tarix də şübhə altına alınır.

Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan Cümhuriyyətinin hökumət başçılarından biri idi.

Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil almışdı.

N.Yusifbəyli Azərbaycan Cumhuriyyəti ”İstiqlal bəyannamə”sini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.

Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində N.Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdu.

Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdi. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdi.

1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdu.

Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdu.

Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin isə yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi.

1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövlətini – Azərbaycan Cümhuriyyətini devirdi və ərazisi işğal olundu.

Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda –Kürdəmir yaxınlığndakı stansiyada faciəli surətdə qətlə yetirildi. Qəbri naməlumdur.

Bəzi erməni qaynaqlarında onun da “Nemezis” qisas planı çərçivəsində terror yolu ilə aradan götürüldüyü iddia olunur.

Nəsib bəyin birinci xanımı Şəfiqə Qaspralı xatirələrində yazırdı:

“Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.

Azərbaycanən Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Nəsib bəy Yusifbəyli ilə bağlı araşdırmalarında yazır ki, Türk kommunisti Mustafa Sübhinin 1920-ci ilin mayında, Gəncə üsyanının başlanmasından təxminən iki həftə əvvəl Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının sədri S.Orconikidzeyə göndrədiyi “Gəncəyə səfərimin nəticələri haqqında məruzə” adlı sənəd Nəsib bəyin sağ-salamat Kürün sağ sahilinə keçdiyini və Gəncə üsyanına hazırlıq işləri ilə məşğul olduğunu düşünməyə əsas verir.

“Onun məlumatına görə, 100 il əvvəl təxminən bu tarixlərdə keçmiş baş nazir Nəsib bəy Usubbəyov, Gəncə general-qubernatoru Əmir xan Xoyski, keçmiş daxili işlər naziri Mustafa bəy Vəkilov, Nuru Paşa, üsyan rəhbərlərindən polkovnik Cahangir bəy Kazımbəyov Samuxda, zəngin torpaq sahibi Şahmalıyevlərin mülkündə görüşərək, üsyana hazırlıqla bağlı məsələləri müzakirə etmişdilər.

Mühacirət dövründə Gəncə üsyanı ilə bağlı xatirələrini qələmə alan polkovnik Cahangir bəy Kazımbəyov bu barədə heç nə yazmır.

Nəsib bəyin birinci xanımı Şəfiqə iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan Mustafa bəy Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb.

Məncə başqa ehtimallar kimi, Nəsib bəyin Gəncə üsyanı zamanı öldürülməsi versiyasında da müəyyən həqiqət payı ola bilər”.

Nəsib bəy harada, nə zaman, necə şəraitdə öldürülmüşdü?

Ehtimallar çox olsa da, dəqiq cavab hələ də yoxdur…

Yeganə

Previous Post

Milli tərəqqi yolunun cığırdaşı-Nəsib bəy Yusifbəylinin doğum günüdür

Next Post

ABŞ-da silahlı hücum: 4 ölü, 4 yaralı

Bənzər yazılar

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

16 Sentyabr 2026 - 11:13

Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə...

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz

15 Sentyabr 2026 - 16:57

Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Elchi.az xəbər verir ki, bu fikirləri...

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin

15 Sentyabr 2026 - 16:39

Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün (İƏT-in toplantısı – red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan...

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Next Post
ABŞ-da silahlı hücum: 4 ölü, 4 yaralı

ABŞ-da silahlı hücum: 4 ölü, 4 yaralı

ADY zəlzələdən sonra yoxlamalara başladı

ADY zəlzələdən sonra yoxlamalara başladı

Son xəbərlər

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

16 Sentyabr 2026 - 11:40
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16 Sentyabr 2026 - 11:35
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

16 Sentyabr 2026 - 11:26
Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək

Mbappe keçmiş klubu PSJ-yə 60 min avro təzminat ödəyəcək

16 Sentyabr 2026 - 11:20
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

16 Sentyabr 2026 - 11:13
Pentaqon İran müharibəsi fonunda sursat çatışmazlığını açıqladı

Pentaqon İran müharibəsi fonunda sursat çatışmazlığını açıqladı

16 Sentyabr 2026 - 11:12
Messinin Argentina millisində son oyununun vaxtı bəlli oldu

Messinin Argentina millisində son oyununun vaxtı bəlli oldu

16 Sentyabr 2026 - 11:00
Zelenski Rusiyaya qalib gəlməyin mümkün olmadığını etiraf etdi

Zelenski Rusiyaya qalib gəlməyin mümkün olmadığını etiraf etdi

16 Sentyabr 2026 - 10:53
Los-Ancelesdə xəbər helikopteri qəzaya uğrayıb

Los-Ancelesdə xəbər helikopteri qəzaya uğrayıb

16 Sentyabr 2026 - 10:47
Saturnun cənub qütbündə 10 tərəfli nəhəng atmosfer dalğası kəşf edildi

Saturnun cənub qütbündə 10 tərəfli nəhəng atmosfer dalğası kəşf edildi

16 Sentyabr 2026 - 10:34
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

16 Sentyabr 2026 - 10:32
Süni intellektlər öz aralarında yeni ingilis dili ilə danışmağa başladı

Süni intellektlər öz aralarında yeni ingilis dili ilə danışmağa başladı

16 Sentyabr 2026 - 10:25
Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

Rəngbərəng qələmlər, şəkilli dəftər, su qabı – Məktəb həyəcanının pərdəarxası

16 Sentyabr 2026 - 10:20
Ürək üçün faydalı qidalar hansılardır? Mütəxəssislər açıqladı

Ürək üçün faydalı qidalar hansılardır? Mütəxəssislər açıqladı

16 Sentyabr 2026 - 10:16
Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası

16 Sentyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.