"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SAĞLAMLIQ

“İmtahan həyəcanını artıran səbəblərdən biri də valideynlərin təzyiqi və mükəmməliyyətçi olmasıdır” – PSİXOLOQ

19 May 2023 - 23:04
in SAĞLAMLIQ
FacebookVatsap

Tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır. Bəs psixoloji gərginliyi azaltmaq, depressiyanı yox etmək üçün abituriyentlər nələrə əməl etməlidir? Elchi.az psixoloq Rübabə Mərdanova ilə  olan müsahibəni təqdim edir.

Bunu da oxuyun

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Günəşdə güclü partlayış baş verib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

– Rübabə xanım imtahanqabağı abituriyentlər əsasən nələrə diqqət etməlidir?

– Düzgün yuxu və qida rejiminin olması həm fizioloji, həm də psixoloji cəhətdən faydalıdır. Qida beynin işləmə mexanizminə ciddi təsir göstərir. Energetik içkilərdən, qəhvə, şirniyyatdan uzaq olmaq, daha çox vitaminli qidalara üstünlük vermək sinir siteminin güclənməsi, dərketmə qabiliyyətinin artmasına səbəb olur. Karbohidratlar yuxu gətirir, onların əvəzinə ət, balıq, yumurta, meyvə-tərəvəz daha faydalıdır.
Yuxusuzluq kortizol hormonunu artırır ki, bu da stressin artmasına səbəb olur.
İmtahandan əvvəlki gün dərs oxumamaq, təmiz havada gəzmək, sakit musiqilər dinləmək, pozitiv əhvali-ruhiyyəli insanlarla zaman keçirmək məsləhətdir. İmtahandan bir gün əvvəl gedəcəyiniz ünvanı dəqiqləşdirin, hətta ünvanı gedib görmək həyəcan səviyyəsini aşağı salır. Axşamdan geyimləriniz, özünüzlə götürəcəyiniz əşyalar hazır olsun, imtahan məntəqəsinə vaxtında çatmağa çalışın. Yeni geyim, ayaqqabı narahatlıq yarada bilər.

– Necə düşünsünüz, imtahanlardan öncəki həyəcanı azaltmaq üçün valideynlər övladları ilə hansı davranış üsullarından istifadə etməlidir?

– İmtahan həyəcanını artıran səbəblərdən biri də valideynlərin təzyiqi və mükəmməliyyətçi olmasıdır. Həyəcanı azaltmaq üçün ilk növbədə valideyn öz narahatlığının öhdəsindən gəlməlidir. Hər dəfə bir araya gəldikdə, yemək zamanı imtahandan söhbət salmaq yanlış davranışdır. Onu sevdiyinizi hiss etdirin, qayğı göstərin. Ailəcə təmiz hava gəzintisi, birlikdə əyləncəli film və verilişlər izləmək, sevdiyi yeməkləri hazırlamaq, sevdiyi məkanlara getmək yaxşı təsir göstərir. İmtahan nəticəsi nə olur-olsun onu şərtsiz sevdiyinizi hiss etdirin.

– Bəs hansı həyəcan təbili çalan xüsusiyyətləri ilə seçilən şagirdlər psixoloqlara cəlb olunmalıdır?

– Əgər abituriyent özünə inamsız, bilik və bacarıqları lazımınca dəyərləndirilməyən, sinir sistemi zəif, özünə qapanıq, diqqət dağınıqlığı yaşayan, həddən artıq hərəkətli və aqressivdirsə, davamlı təlaş və həyəcan yaşayırsa mütəxəssisə müraciət edilməlidir. Hətta bəzən abituriyentin potensialı, intellekt səviyyəsi dəyərləndirilmədən ondan yüksək nəticə gözlənilir ki, bu da məsuliyyət yükünü artırır və stressə səbəb olur. Bunun üçün də mütəxəssis dəyərləndirilməsi vacibdir.

– İmtahanda uğurlu nəticə göstərməyəndə onlara qarşı hansı sözlərdən istifadə etməliyik ki, uşaq valideynə arxalansın?

– “Çox çalışdığını görürəm, nəticənin uğurlu olacağına inanıram”.
“Nəticədən asılı olmayaraq, sən bizim üçün çox dəyərlisən”.
Əgər o “Yaxşı çalışmadığımı görürəm, yaxud, öhdəsindən gələ bilmirəm” deyirsə, “Bunun fərqində olmağın çox gözəldir, birlikdə araşdıraq, necə çalışa biləcəyinin yollarını tapaq”. “Bununla bağlı sənin bir fikrin var? “Bəlkə müəlliminlə danışaq?” və s.

– Uşaqlarla birlikdə həmin valideynlər də psixoloqa cəlb olunmalıdır, ya necə?

– Müraciət edənlər arasında ana-ataları həyəcanlı, yanlış motivasiya üsulu seçən abituriyentlərə çox rast gəlirik. Bu zaman mütləq valideynlərlə iş aparmağın önəmini bildiririk. Ümumiyyətlə, valideynlərin psixoloji vəziyyəti övladların psixoloji problemlərin ortaya çıxmasında böyük rol oynayır.

– Psixoloqlar imtahandan qabaq və imtahandan sonra hansı davranış pozğunluğunu sezdikdə abituriyentləri psixoterapevtə yönlətmək olar?

– Əgər hər hansı psixi pozuntu ehtimalları yaranarsa, psixiatra yönləndirilməli, həkim tərəfindən diaqnoz qoyulmalı, medikamentoz müalicəyə ehtiyac varsa, dərman qəbulu ilə yanaşı psixoterapevtik yanaşma da aparılmalıdır.

– Uğursuz nəticə göstərən abituriyentlərdə depressiya , intihar etmə hallarının artmasının əsas səbəbi nədir və ya kimdir?

– Bunun səbəbi hələ imtahandan öncə olan problemlərə dayanır. Valideyn, müəllim yanaşması, abituriyentin sinir sistemi, psixoloji hazırlığı, psixoloji dözüm səviyyəsi bu halları ortaya çıxarır. Bu dəqiqdir ki, qorxutmaq, hədələmək, günahlandırmaq nəticəni düzəltmir, əksinə təşvişi artırır. Ona görə də, cəmiyyət olaraq bunu anlamağa çalışmalıyıq ki, imtahan nəticəsi dünyanın sonu deyil. Tənqid etmək yerinə, yol göstərək, doğru motivasiya edək və övladlarımızı yalnız hansısa sahədə bir mütəxəssis görmək istəyiylə yanaşı, onların sağlam psixologiyaya sahib, düzgün formalaşmış şəxsiyyət olmasına şərait yaradaq.

Aysel Nəsirzadə

 

Previous Post

“İmtahan həyəcanını artıran səbəblərdən biri də valideynlərin təzyiqi və mükəmməliyyətçi olmasıdır” – PSİXOLOQ

Next Post

Əgər Ərdoğan seçilərsə… – Azərbaycan qalib olacaq

Bənzər yazılar

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart 2026 - 10:58

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər"....

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

Reabilitasiya keçmək üçün daha bir qrup ukraynalı uşaq Bakıya gəlib

25 Fevral 2026 - 20:14

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri...

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

Nar yarpaqlarında sinir və ürək üçün qoruyucu maddə tapılıb

25 Fevral 2026 - 19:30

Kumamoto Universiteti alimləri narın yarpaqlarında və budaqlarında sinir sistemi və ürəyi zədələyən transtiretin (TTR) amiloidozu ilə bağlı zərərli protein yığılmalarını...

Next Post

Əgər Ərdoğan seçilərsə... - Azərbaycan qalib olacaq

Əgər Ərdoğan seçilərsə… – Azərbaycan qalib olacaq

Əgər Ərdoğan seçilərsə... - Azərbaycan qalib olacaq

Son xəbərlər

Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

30 Sentyabr 2026 - 17:12
İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

30 Sentyabr 2026 - 17:04
Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026 - 16:57
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.