Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Report-un xəbərinə görə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir.
Onun hərbçi olduğu bildirilir.
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 avqustada Kəlbəcər və Laçın rayonları sakinlərinin qəbul edəcək. Bu barədə Elchi.az-a FHN-in mətbuat xidmətindən...






















Son şərhlər