Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Report-un xəbərinə görə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir.
Onun hərbçi olduğu bildirilir.
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub
Narkotik aludəçisi olan avtobus sürücüsü tutulub. Elchi.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata...






















Son şərhlər