Aprelin 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.
Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...





















Son şərhlər