Ukraynadakı müharibə səbəbindən Rusiyanın xaricdəki kəşfiyyat şəbəkəsi tarixdə ən böyük zərbəsini alıb.
Elchi.az xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.
“Rusiyanın xaricdəki səfirliklərinin ümumilikdə 600-dən çox əməkdaşı qovulub. Onların da 400-nün casus olma ehtimalı var. Bu, tarixi ərzində rus kəşfiyyatına ən güclü strateji zərbəni vurdu”, – Makkallum bildirib.
Mİ-5 rəhbəri qeyd edib ki, təkcə Britaniyadan diplomatik çətir altında fəaliyyət göstərən 23 rus casusu qovulub. Hətta Rusiya qovulmuş casuslarını əvəz etmək istəyib, rəsmi London onlara viza verməkdən imtina edib.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər