Tabor komandirləri arasında yarış keçirilib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.
2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb.
Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.
ABŞ qırıcısı Almaniyada aviabaza yaxınlığında qəzaya uğrayıb
ABŞ Hərbi Hava Qüvvələrinin "F-16" qırıcısı Almaniyanın Reynland-Pfalts torpağındakı Şpanqdalem aviabazası ərazisində qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, insident barədə...





















Son şərhlər