Tabor komandirləri arasında yarış keçirilib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən bildirilib.
2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb.
Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (07.09.2026 - 13.09.2026) məlumat açıqlanıb....


















Son şərhlər