"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Nə üçün geriləmişik?

03 Oktyabr 2022 - 12:05
in MÖVQE
FacebookVatsap

“BMT deyir ki, ölkəmizdə elektron hökumətin bəzi istiqamətləri üzrə vəziyyət sıfır səviyyədədir. ASAN bununla razılaşmayıb.
BMT “Elektron hökumətin İnkişafı İndeksi”nə görə özünün növbəti Reytinq cədvəlini açıqlayıb.
Azərbaycan bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83- cü pillədə yer alıb. Reytinq iki ildən bir açıqlanır.
Ötən reytinqlərdə, 2020-ci ildə və 2018-ci illərdə Azərbaycan eyni yerdə, 70-ci pillədə qərarlaşdımşdı.
Görəsən 13 pillə geriləməyimizin səbəbi nədir ?”.

Bunu da oxuyun

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında qeyd edib:

“Hesabat 3 istiqamət ( “Elektron xidmətlər”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı”) üzrə dəyərləndirmə aparılaraq hazırlanır.
Yəni, ölkənin bütün rəqəmsal və elektron mühiti (elektron və mobil xidmətlər, onlara əlçatanlıq, portallar və saytlar, telekommunikasiya və mobil şəbəkə, internet istifadəçilər, sosial mediadan istifadə, hüquqi baza, institusional vəziyyət, rəqəmsal savadlılıq, innovasiyalar, ağıllı həllər və s.) toplam olaraq bu 3 istiqamət üzrə dəyərləndirilir. Onlar da çoxsaylı alt qruplara ayrılmaqla çox saylı parametrlər üzrə qiymətləndirmə aparılır.
İndeksin adında “elektron hökumət” ifadəsi olsa da, əslində ölkənin bütöv rəqəmsal mühiti qiymətləndirilir.
BMT bu il metodikanı da yeniləyib.
İstiqamətlər üzrə Azərbaycanın balları aşağıdakı kimi olub :
“Elektron xidmətlər” 100 mümkün baldan 61 bal .
“Telekommunikasiya infrastrukturu” 67 bal.
“İnsan kapitalı” Azərbaycan 79 bal .
Hesabatdan görsənir ki, bizdə ən zəif vəziyyət “Elektron xidmətlər” istiqaməti üzrə olub.
“Elektron xidmətlər” özü də institusional çərçivə, informasiya açıqlığı, e- xidmətlərin göstərilməsi , e-iştirakçılıq və texnologiya alt bloklara ayrılır.
Bu istiqaməti araşdırdıqda görünür ki, bizim ən bərbad vəziyyətimiz “Elektron xidmətlər” istiqamətinin alt qrupu olan elektron iştirakçılıq indeksi olub. Bu indeks üzrə biz 25 pillə geriləyərək ötən ilki 73-cü yerdən 98-ci yerə enmişik.
“E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb.
Hesabatı incələyəndə görmək olur ki, məhz bu indeks üzrə 2016-cı illə müqayisədə nə az-nə çox, hətta 51 pillə geriləmişik.
E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur.
Onlayn şəffaflıq-informasiya açıqlığı, xidmətlərə və ictimai informasiyalara əlçatanlıq texnologiyaları üzrə, genişzolaqlı mobil istifadəçilər üzrə də nəticələr qənaətbəxş deyil. Yəni, bütün bunlar o demək ki, vətəndaşlar axtardıqları, sorğuladıqları informasiyanı , xidməti ya tapmırlar , ya da effektiv üsullarla əldə etməkdə çətinlik çəkirlər.
Lokal elektron xidmətlər üzrə vəziyyət də hesabatda hədsiz dərəcədə zəif qeyd olunub.
Hətta Bakı ilə Türkmənistanın paytaxtı Aşqabad eyni səviyyəni, 125 -ci yeri qazanıb.
Bütün bunların nəticəsi olaraq “Elektron xidmətlər” indeksi üzrə nəticələr 2020-ci illə müqayisədə çox zəif olub.
Görünür ki, 13 pillə geriləmək məsləsi ASAN-ı da narahat edib.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov müsahibəsində bildirib ki, Reytinqdə Azərbaycanın nəticələri ilə bağlı BMT-yə müraciət olunub.
Müraciətdə metedologiyada tətbiq edilən yeniliklərə və Azərbaycanda görülən bəzi işlərin orada əksini tapmamamasına münasibət bildirilməsi istənilib.
BMT-nin hesabatı reallığı əks etdirirmi və kimdir günahkar?
Düşünürəm ki, Reytinqdəki Azərbaycanla bağlı vəziyyət reallığı əsasən əks etdirir.
Razılaşmaq olar ki, son zamanlarda görülən bəzi işlər, xüsusən də mobil həllər və Bakının rayonları xaric, regional e-xidmətlər həqiqətən nəzərə alınmayıb.
Amma düşünmürəm ki, bunlar nəticəyə elə də ciddi təsir edəcəkdi.
Həm də, görünür ki, digər ölkələr yatmayıb, daha üstün nəticələr qazanıb.
Əlbəttə, bu nəticəyə görə sektorda əsas cavabdeh qurumun, ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzi məsuliyyət daşıyır.
Lakin, dərhal qeyd edim ki, bu cür bərbad nəticəyə görə yalnız cavabdeh qurum olan Elektron Hökumətin İnkişafı Mərkəzi deyil, Prezident Administrasiyasının müvafiq şöbələri, xüsusən də İqtisadi məsələlər və innovativ inkişaf şöbəsi də məsuliyyət daşıyır.
Çünki, bu cür bərbad vəziyyətin səbəbi konseptual yanaşsaq, bütün ölkə üzrə vəziyyətin, e-gov sahəsində qurumlararası kordinasiyanın hədsiz zəif olmasıdır.
Təsəvvür edin ki, iki dövlət qurumundan birisində normal data var, amma onu digər dövlət qurum ilə bölüşmək istəmir.
Onlarla rəqəmsal arayışlar var, amma heç bir dövlət quru onu tanımaq istəmir.
Prezident fərmanı ilə qəbulu nəzərdə tutulan çoxsaylı sənədlər razılaşma üçün hansısa nazirlikdə “yatır”, yaxud da Administrasiyada öz təsdiqini gözləyir.
Nazirliklərdə rəqəmsallaşma və e-gov sahəsində işlər hədsiz ləng gedir.
Qurumlarda ən yaxşı halda rəqəmsal transformasiyaya cavabdeh şəxs İT şöbəsinin müdiridir. Hansı ki, o qonşu şöbənin xidmətini elektrona çevirmək üçün razılaşdıra bilmir.
Nazirliklərdə e-xidmət , rəqəmsal tranaformasiya üzrə ən azı müavin səvissəində məsul şəxslər ayrılmalıdır.
Son zamanlar açıq-aşkar hiss olunur ki eGov Mərkəzi kordinasiya işlərində irəli gedə bilmir. Qurum rəhbərləri sayğısızlıq edirlər.
Əgər vətəndaş hansısa xidməti və ya informasiyanı tapa bilmirsə və ya effektiv üsullarla əldə edə bilmirsə, vətəndaş effektiv üsullarla qərar qəbulu prosesində və ictimaii nəzarətdə iştirak edə bilmirsə, hansısa nazirlik datanı inteqrasiya etmirsə ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzindən daha çox Prezident Administrasiyasının müvafiq şöbəsi ciddi düşünməlidir.
Hesabatda diqqətimi cəlb edən bir məqam da ondan ibarət oldu ki, artıq keçmiş sovet ölkələrindən Azərbaycandan pis vəziyyəti olan, reytində bizdən aşağıda olan yalnız Türkmənistan və Tacikistan qalıb. Çox təəssüfləndirici və düşünsürücü haldır.
Ümumiyyətlə, düşünürəm ki, Prezident Administrasiyası kifayət qədər mötəbər hesab olunan BMT-nin bu nəhəng Hesabatını ciddi təhlil etməli və qiymət verməlidir, cavabdehlərdən hesabat tələb olunmalıdır, bütün maraqlı tərəflərlə birlikdə müzakirə edilməli və bu cür , yumşaq desək xoşagəlməz vəziyyəti düzəltmək üçün konkret cavabdehlər və vaxt göstərilməklə tədbirlər müəəyyən etməlidir”.

Yeganə

Previous Post

Nə üçün geriləmişik?

Next Post

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Bənzər yazılar

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının "Etimadın bərpası" şüarına toxunaraq bildirib: "Etimad mövcud olmayan bir şeydir; tıpkı insan hüquqlarına...

Next Post
Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Ərdoğan Azərbaycana GƏLƏCƏK

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.