"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Fazil Mustafa əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib…

30 Avqust 2022 - 20:03
in MÖVQE
FacebookVatsap

“Kim harada, necə “haqq”-ı görüb, deyə bilmərəm. Çünki əlahəzrət “haqq”-ın adı yer üzündə tez-tez səslənsə də, əslində o, Allahın yanındadır. Yalnız Tanrının göstərişilə məqamında yerə enir. Haqqı bu dünyada çox insan axtarıb, amma min bir əzabla üzləşib, gedəndə də, “haqq! haqq!” deyə, sinəsi dağlı gedib…”.

Bunu da oxuyun

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

Tramp: İranla danışıqlar aparılmır

Elchi.az xəbər verir ki, bu fikirləri jurnalist Elmar Eldaroğlu FB hesabında bildirib:

“Mirzə Fətəli Axundova da haqqsız deyirdilər. Üç gün cənazəsi ortada qalıb iyləndi. Sonra da kafir kimi dəfn etdilər. İllər ötdü, zaman keçdi “dahi mütəfəkkir”, “böyük ziyalı” adlandırıb, əsərlərini balalarının dərsliklərinə saldılar, heykəlini ucaltdılar…
Sevgi dolu adamdır, kobudluğa, yeknəsəkliyə nifrət edir. Son dərəcə zəkalıdır, saf və təmiz qəlbi var. Heç vaxt tələsmir. Dinləməyi bacarır. Siyasi hazırlığı yetərincədir. Bacardığı qədər ədaləti təmsil etməyə çalışır. Bəzən elə bir fikir söyləyir ki, mübahisəyə səbəb olur.
Azərbaycanın cəhalətin at oynatdığı bir ölkə yox, elmin, düşüncənin dəyərləndirildiyi bir ölkə olmasını arzulayır.
“Daha müasir dövlətə çevrilmək üçün müəyyən dəyərlərdən imtina etməyi bacarmalıyıq.”- söyləyir…
Cəsarətli ziyalıdır. Sözün düzünü deməkdən, insanların ağrı-acısını dilə gətirməkdən çəkinmir. Həmkarlarının böyük əksəriyyətindən fərqlənir- mətbuata açıqdır, jurnalistlərdən qaçmır. Ölkə mətbuatını gündəlik izləyən insanlar yəqin ki, buna şahiddirlər. Hər gün ən azı bir yazısı və ya müsahibəsi mətbuatda görünür. Əlbəttə ki, buna geniş dünya görüşü, dərin savad, zəngin bilik, güclü mütaliə lazımdır. Axı hər ziyalı ağzını açıb söz deməyə, fikir yürütməyə qadir deyil. Amma o, əsl marifpərvərdir, bildiklərini insanlara çatdırmaq təşnəsi onu heç vaxt rahat buraxmır. Necə deyərlər, “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın…”, biganəliyi ruhuna yaddır…
Deyir ki,- ”Azad bazar iqtisadiyyatı yaradılmasa, istədiyi qiyməti təyin edənlərin qarşısını almaq mümkün olmayacaq. Bu gün himayəsi olanlara toxunan yoxdur. Himayəsi olmayan iş adamları bir-bir sıradan çıxarılır, bazardan uzaqlaşdırılır. Ona görə də bu məsələ ətrafında ciddi müzakirələr açılmalı, müvafiq tədbirlər görülməli, konkret addımlar atılmalıdır. Bu gün bazarda istədiyi qiyməti təyin edən adamları himayə etmək yerinə, onları bazardan uzaqlaşdırmalıyıq. Belə olarsa, böhrandan çıxış yolu tapmaq mümkün olacaq. Qiymət artımının qarşısını almaq üçün dövlət konkret​ tədbirlər görməlidir. Onsuz da pandemiyanın, müharibənin sıxıntıları iqtisadiyyatımıza böyük zərbə vurdu. İndi də qiymət artımı süni şəkildə bu qədər sürətlənib”.
Haqqında söhbət açdığım Fazil Mustafa 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ermənilərin Dağlıq Qarabağ iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub. Əbülfəz Elçibəy ona həmişə etibar edib və dəyər verib. Hakimiyyəti dövründə ona Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsini həvalə edib. Hakimiyyətdən gedəndən sonra da bu etibar və inam təsirini itirməyib. 1995-1998-ci illərdə Əbülfəz Elçibəyin Türkiyədə özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 12 ildir ki, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Eyni zamanda Türk Parlament Assambleyasının və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının nümayəndəsidir. Fəlsəfə üzrə fəlsəfə doktorudur və 25 kitabın müəllifidir. Ailəlidir, bir oğlu, bir qızı var…
“Azərbaycan ailəsi dünya ailə sistemindən fərqli bir xarakterə sahib model kimi götürülməməlidir. Çünki bizdə belə bir təsəvvür var ki, sanki bizdəki qədər sağlam, hörmət üzərində qurulan və əxlaq dəyərlərinə daha çox bağlı olan ikinci bir ailə modeli yoxdur. Bu, tamamilə yanlış təsəvvürdür. Azərbaycan ailəsində ümumi insan haqlarının pozulması anlayışı daha sərt formada tətbiq olunur. Bizim ailələrin daha böyük sevgi və qarşılıqlı hörmət üzərində qurulması az müşahidə olunur. Müşahidə olunan odur ki, Azərbaycan ailəsi cəmiyyətin müəyyən standartlarına görə özünü şəkilləndirir. Yəni nəyi etmək olmazsa, onu etməməyə, nəyi etmək olarsa, onu bir az ehtiyatla göstərməyə çalışır. Bu zaman ailə təməlində müəyyən dərəcədə sağlam olmayan mühit mövcud olur. Əslində, Azərbaycan ailəsini insan haqlarına daha çox sayğı və qarşılıqlı hörmət üzərində qurulan bir model olaraq görmək lazımdır. Çünki qarşılıqlı hörmətə dayanmayan, hüquqların bərabərliyi olamayan bir ailə modelinin gələcəyi də yoxdur. Bu amil uşaqların doğru tərbiyə olunmasına da ciddi əngəllər yaradır.”- söyləyir.
Zərif və kübar davranışı var. Gülməyi, güldürməyi xoşlayır. Çöhrəsindən yumşaq təbəssüm heç bir zaman əskik olmur. Əsəbləri möhkəmdir. Onu əsəbləşdirmək çox çətindir. Həm son dərəcə həssas, həm də son dərəcə səbirlidir. Hər şeyi məntiq çərçivəsində həll etməyi bacarır. Heyran olduğu gözəlliklərə dəyər verir. Olduqca romantikdir. Romantik duyğulardan zövq alır, ilhamlanır.
Gənclərə tövsiyəsi isə çox maraqlıdır:- “Durmadan oxuyun, araşdırın ki, düşüncələriniz, fikirləriniz dəyişsin, yeniləşsin. Hər ağacın hədəfi ilk öncə tumurcuqlamaqdır. Hər ilin tumurcuğu ötən ilinkinin təkrarı ola bilməz. Tumurcuğa nifrətiniz varsa, odun olaraq qalacaqsınız!”
Özünəməxsus hobbisi var, mütailə etməyi sevir, zəngin kitabxana yaratmağa çalışır. Futbol, basketbol, stolüstü tennis, şahmat, bilyard, nərd oynamaq, necə deyərlər, onun şikarıdır. İnanır ki, nə vaxtsa bu dünyada olmayanda, düşüncəli insanlar ondan söhbət düşəndə- Fazil Mustafa haqlıydı, doğru addım atırdı, vicdanla bu millətə xidmət etdi, düşüncə dəyişimi yaratdı kimi ifadələri- söyləyəcəklər…
Deyir ki,- “Bir millət vəkili kimi əsas vəzifəm nöqsanların aşkara çıxarılıb tənqid olunması və ona konstruktiv təkliflər təqdim edilməsi, ciddi layihələrin ölkə iqtidarına verilməsi və daha konstruktiv və qərəzsiz müxalifətçilik funksiyasının yerinə yetirilməsidir. Çünki biz elə bir ölkədə yaşayırıq ki, bizə qarşı müəyyən dərəcədə aqressiv yanaşmalar kifayət qədər çoxdur və biz çalışmalıyıq ki, bu yanaşmalarla Azərbaycan cəmiyyətində qarışıqlıq yaşanmadan, xalqı xaosa sürüklənmədən öhdəsindən gələk. Müxalifət hakimiyyətə qarşı müxalif olsa da, dövlətə qarşı hər hansı bir şəkildə müxalifət olmamalıdır. Dövlətin möhkəmlənməsi üçün üzərinə düşən funksiyanı paylaşmağı, onu yerinə yetirməyi bacarmalıdır…”
Onu yaxşı insan kimi tanıyanlar da var, ona diş qıcıyanlar da, amma nə dərəcədə haqlı-haqsız olduğu, hansı dəyəri özündə ehtiva etdiyi Tanrı dərgahında, əlahəzrət Haqqın hüzurunda dayananda bilinəcək…
Deyir ki- “Özümü pakistanlı İslam mütəfəkkiri Məhəmməd İqbalın ifadəsi ilə tanıyıram: “Mən dənizəm, dalğalanmasam, ölləm”. Əsas odur ki, yaşadığım bu dünyada bir gün də baş girləmədim. İdeya üçün savaşdan qorxmadım. Siyasətə ideoloji xəstəlik kimi deyil, insanlara real şərtlər içində xidmət sferası kimi baxdım. Hər məsələyə məhz öz baxışım, öz üslubum, öz yanaşmam oldu. Dindar oldum, mövhumatçı dindar olmadım. Siyasətçi oldum, gündəm məni yönəltmədi, özüm gündəm yaratmağa çalışdım. İdmandan başlamış bütün sahələrdə liderliyə can atdım, məğlub olmamaq üçün gücümün yetdiyi yerə qədər vuruşdum. Fatalist olmasam da qədərlə hesablaşdım, ancaq qədərə əzilmədim…”
Bəli, Fazil Mustafa əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib. O, bu xalqın qənimət övladlarından biridir…”.

Yeganə

Previous Post

Fazil Mustafa əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib…

Next Post

Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

Bənzər yazılar

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48

XİN: Lavrov 25 avqustda Moskvada Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq. Elchi.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov...

Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

Zaxarova: BMT-nin yeni rəhbəri Quterreşin dəhşətli səhvlərini düzəltməli olacaq

20 Avqust 2026 - 18:36

Rusiya Xarici İşlər Nazirliyi yeni BMT Baş katibinin əsas vəzifəsini açıqlayıb. Elchi.az xəbər verir ki, Moskva ümid edir ki, yeni BMT Baş...

Tramp: İranla danışıqlar aparılmır

Tramp: İranla danışıqlar aparılmır

18 Avqust 2026 - 18:44

Son xəbərlərə görə, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında İranla davam edən və ya planlaşdırılan danışıqların və ya danışıqların...

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

18 Avqust 2026 - 18:10

Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb. Bu barədə Elchi.az Milli Kibertəhlükəsizlik Agentliyinə...

Next Post
Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

Uzanan müharibə: Rusiya üstündür yoxsa Ukrayna?

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.