Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, fakta əsasən, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Ali Məhkəmədən bildirilib. "Məhkəmə praktikasından görünür ki, bəzən...





















Son şərhlər