Bakının Binəqədi rayonunda iki bacının bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, fakta əsasən, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Binəqədi rayonunda, Binəqədi şossesi, döngə 4 ünvanında ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi
Ermənistan İstintaq Komitəsi Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb. Elchi.az xəbər verir...





















Son şərhlər