"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE

17 İyun 2018 - 07:55
in MARAQLI, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

"...nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə" - Zeynal Məmmədov MÖVQE
Azərbaycanın milli azadlıq hərəkatının aparıcı fiqurlarında olan, Dəmir Yolları tətillərinin rəhbəri, Sovet həbsxanarının məhbusu, 1990- 1995 ci illər Bakı şəhər sovetinin deputatı, Qarabağ qazisi, Şuşa cəbhəsinin komandan müavini Məmmədov Zeynalabdin Akif oğlunun Türkiyə Cümhuriyyəti vətəndaşlarına müraciəti.Böyük Türk millətinə, əziz soydaşlarıma müraciət etmək istəyirəm. Mən türk dünyasının ən mürəkkəb yerlərindən birində, indi Ermənistan adlanan qərbi Azərbaycan torpaqlarında, Zəngibasar mahalında, İrəvanda anadan olub, böyümüşəm. Rus imperiyasının xüsusi siyasət meydanında, Türk düşmənlərinin at oynatdığı, bu ərazilərin əsil sahiblərinin sıxışdırıldığı, fiziki məhvə məhkum olunduğu bir ərazidə. Mənim yurdum Türkiyənin lap yaxınlığında, Türkiyə ilə Azərbaycanın bitişdiyi yerdə, Türklüyün ürəyində yerləşirdi. Düşmənlər bu torpaqları əlimizdən alır, iki türk ölkəsini, Türkiyə ilə Azərbaycanı biri birindən ayırmağa, millətimizi parçalamağa, gələcəkdə yarana biləcək Birliyin bəri başdan qarşısını almağa çalışırdılar. Və nail olurdular. Bu təkcə rusların və ermənilərin arzusu deyildi. Dünyanı idarı etmək, ədaləti tamamilə məhv etmək, türklüyü çökdürmək arzusunda olan bütün dünya güclərinin planı və arzusu idi. Türk və İslam dünyasına, əslində bütövlükdə insanlığa qarşı cinayət işlənirdi. Bu ağır illərdə, həmin torpaqlarda biz hər an türk olduğumuzu və buna görə bir toplum olaraq məhvə məhkum olduğumuzu görürdük, ağrı- acıları yaşayırdıq. Lakin ümid heç vaxt tərk etmirdi. Babalarımızdan eşitdiyimiz, bizim üçün çoxdan əfsanələşmiş, fövqəlinsanların toplaşdığı, dünyanın ən güclü və qəhrəman ordusuna sahib, dünyanın ən qüdrətli dövləti olan, bizim Dövlətimiz olan ümid qalamız- Türkiyə var idi. İnanırdıq ki, lap yaxınımızdakı tikanlı məftilləri bir gün Türk Ordusu dağıdıb irəli şığıyacaq, bizim yurdlarımızı düşmənlərdən təmizləyib, öz yurduna və insanına sahib çıxacaq. Sizin üçün ay- ulduzlu bayraq dövlət rəmzi idi. Bizim üçün ümid çırağı. Sizin üçün şəhidlərin qanı idi. Bizim üçün Din, İman, Məkkə, Mədinə, Vətən, Namus, Gələcək və Həyat idi.
Lakin olmadı. 1988- 1989- cu illərdə türk yurdları türklərdən tamamilə təmizləndi, ərazimizdə türklüyə düşmən kəsilmiş Ermənistan möhkəmləndi, türksüzləşdi. Imdada yetən olmadı. Düşməni bütün dünya dəstəklədiyi halda, bizim səsimizə sadəcə səs verən belə olmadı. Türk əskəri, Türkiyə gəlmədi. Heç gələ də bilməzdi. Bütün ümidlərimizə baxmayaraq, əslində anlayırdıq. Ata Türkiyəmiz Ana Azərbaycana, Türküstana əl uzada bilməzdi. Çün ki bizim xəyallarımızdakı dövlət deyildi. İxtiyarı öz əlində deyildi. Özü hər an təhdid altında idi. İqtisadiyyatı zəif, kəndləri bərbad, ordusu NATO nun əmrinə müntəzir, hakimiyyətləri tez tez dəyişən və dişsiz Türkiyə bizi xilas edə bilməzdi. Heç səsini belə çıxarda, etiraz belə edə bilməzdi, özü hər an təziq və təhdidlər altında çabalayırdı. Sözü də, zoru da, əli də, başı da başqasından asılı və gücsüz duruma salınmış Türkiyə nə Osmanlı, nə də Atatürk Türkiyəsi idi.
Lakin bizim ümid və sevgimiz bir an belə səngimiz, zəifləmir, sönmürdü. Canımız Türkiyənin, Ruhumuz Türkiyənin özünə dönəcəyi günləri gözləyirdik. Çox şükürlər olsun Rəbbimə ki, arzuladığımız Türkiyənin nəfəsini artıq hiss edirik. Bu ölkə yenidən Türklüyün və İslamın dayağı adını özünə qaytarmağa cəhd edir, iqtisaiyyatı xarici borcların məngənəsindən qurtarıb, ordusu daha da qüdrətlənib, bir güllə belə istehsal etməyə icazəsi olmayan ölkə artıq ən müassir silahları istehsal edir, yüksək texnologiya və qüdrətə sahibdir. Böyük dövlətlərin siyasi və hərbi maraqları arasında çırpınan, vaxtilə daxili düşmənlərlə hətta mübarizə səviyyəsi və qaydaları kənardan diktə edilən Türkiyə, bu gün tam müstəqil hərbi siyasət yürütmək, öz iradəsini diktə etmək, düşmənlərini nəinki daxildə, hətta xaricdə belə məhv etmək gücündə olan, bir sıra xarici dövlətlərdə hərbi bazalara sahib dövlətə çevrilməkdədir. Və bu güc, qüdrət hər gün biraz da artır.
Dağ yaxından kiçik görsənər deyirlər. Bəlkə də siz bu qüdrəti tam görə bilmirsiz. Lakin kənardan dağ bütün əzəməti ilə görsənməkdədir. Türkiyə hər bir türkün iftixarına, qürur yerinə çevrilib, tarixdən qazandığı yerini özünə qaytarır. Hətta bütövlükdə İslam dünyası belə yenidən, Osmanlı düvründə olduğu qüdrətə sahib lidər dövlətin doğulduğunu görür və gələcəyə daha böyük ümidlə baxır.
Mübaliğəsiz deyə bilərəm ki, bütün bu dəyişikliklərin səbəbkarı Böyük Türk Milləti olsa da, sükan arxasında xarizmatik, ağıllı, İmanlı və qeyrətli lider- Rəcəb Tayyib Ərdoğan dayanır. Məhz onun hakimiyyətə gəlişi ilə yuxarda sadaladığım uğurlar başladı. Məncə heç kimsə haqlı olduğumu inkar etməz.
Əziz və möhtərəm soydaşlarım!
Türk dünyasının dərdləri çoxdur. Azərbaycan torpaqları parçalanmış haldadır. Bizi hələ qanlı müharibələr gözləyir. Iran əsasən türklərdən ibarət bir türk dövləti olmasına baxmayaraq, türklərin sıxışdırıldığı, məhv olmaq təhlükəsi qarşısında olan bir ölkə halındadır. Azərbaycanın bütövlüyü arzu olaraq qalır. Türküstan, mərkəzi Asiya bölünmüş, başqa dövlətlərin təsir və təziqləri altındadır. Şərqi Türküstan ümumiyyətlə məhvə məhkum olunub. Dünyanı islamafobiya bürüyüb, müqəddəs dinimizin adını terror, ölüm və əbədi tənəzzüllə eyniləşdirmək cəhdi davam edir. Türk- İslam dünyasının halı göz qabağındadır.
Bizim hamımızın bir ümidimiz, nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə. Güclü dövlətləri isə yalnız güclü liderlər qurub, idarə edə bilərlər. Heç şübhəsiz ki, Türk və İslam dünyasında bu gün bir böyük liderimiz var. Həm də bütün dünya liderlərinin içində seçilən biri. Bu lider məncə Rəcəb Tayyib Ərdoğandır.
Əfsus ki, mənim Türkiyədəki seçimlərdə iştirak etmək, səs vermək hüququm yoxdur. Sizin var deyə sizlərə müraciət edirəm. Yadların əks təbliğatına uymayın, başlanmış böyük yolun dayanmasına imkan verməyin. Böyük və Qüdrətli Türkiyəyə, güclü, milli, imanlı liderə- Rəcəb Tayyib Ərdoğana səs verin! Millətimiz böyük millətdir. əminəm ki ən doğru seçimi edəcək.
Yaşasın böyük Türkiyə!
Yaşasın Bötöv Azərbaycan!
Yaşasın ucsuz- bucaqsız Türk dünyası!
Uca Yaradan yar və yardımçımız olsun!
Previous Post

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE

Next Post

Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Next Post

Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb

Hacıqabulda qəza :ata öldü, övladı yaralandı

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.