"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Yaxşı” və “pis” xolesterol – həkim məsləhəti

16 Yanvar 2017 - 11:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

“Yaxşı” və “pis” xolesterol - həkim məsləhəti

Marketdə satılan bəzi yağların üzərinə “duzsuz və xolesterolsuz” sözü yazılmışdır. “Duz” sözünü hamı başa düşsə də, xolesterolu bilənlərin sayı çox deyil. Xolesterol insan və bütün heyvan hüceyrələrinin əsas tərkib hissələrindən sayılan üzvi maddədir. Çoxsaylı araşdırmalar sübuta yetirmişdir ki, qanda  xolesterol artanda ölüm riski də artır.  
Quruluş olaraq yağ və yağabənzər maddələr sinfində yer alır. Hüceyrə zarının keçiriciliyində, hormonların sintez olunmasında, öd əmələ gəlməsində vazkeçilməz maddədir. İnsan bədənindəki xolesterolun iki qaynağı var; orqanizm özü sintez edən və qida ilə daxil olan. Xolesterolun qida ilə bədənə daxil olması şərt deyil, çünki orqanizm lazım olan xolesterolu özü sintez edə bilir. Yumurta, ət, qaraciyər, “fəst fud”, krevet, xərçəng, pendir və s.  qidalar xolesteroldan zəngindir və qandakı xolesterolu yüksəldir. Artıq xolesterol qan damarlarının divarları arasında toplanaraq başda ürək və beyin damarları olmaqla damarları büzür, daraldır,  ürək infarktı, insult kimi ciddi xəstəliklərə səbəb olur.
Xolesterol qanda həll olmadığı üçün zülallara birləşərək qanla bir yerdən başqa bir yerə daşınır. Qanda xolesterolu daşıyan iki zülal var; LDL və HDL. LDL xolesterolu pis xolesterol sayılır, çünki damarları daraldan, damar sərtliyinə səbəb olan, yuxarıda adı keçən xəstəlikləri törədən odur. HDL xolesterolu yaxşı xolesteroldur, çünki vəzifəsi damarlarda toplanan pis xolesterolu alıb qaraciyərə daşımaqdır. Burada pis xolesterol parçalanır və bədəndən  uzaqlaşdırılır. Qanda pis xolesterol nə qədər aşağı, yaxşı xolesterol yuxarı olsa orqanizm üçün o qədər yararlıdır.
Qan analizlərində yaxşı və pis xolesterol səviyyəsini ölçdürmək mümkündür. Amerikan Ürək Cəmiyyəti 20 yaşdan yuxarı hər kəsə xolesterol səviyyələrini ölçdürməyi və 4-6  ildən bir təkrarlatmağı tövsiyə edir. Normal səviyyələr mg/dL ilə belədir: ümumi xolesterol <200 mg/dL, triqliserid <150 mg/dL,  LDL <130 mg/dL, HDL >50 mg/dL- dır. Əlinizdə qan analizi varsa cavabları tutuşdurub xolesterol səviyyənizi öyrənə, yüksək çıxıbsa kardioloqa, dietoloqa, ya da endokrinoloq həkimə müraciət edə bilərsiniz.
Amerika və Avropa klinik protokolları xolesterol yüksəkliyi müalicəsində dərmandan qabaq əvvəlcə həyat tərzi dəyişikliyi və fiziki hərəkət məsləhət görür. Yulaf kəpəyi, arpa unu, soya, fındıq, qoz, meyvə, tərəvəz xolesterolu azaldan qidalardır. Gündə 1-2 badə qırmızı şərab, siqareti tərgitmək, artıq çəkidən xilas olmaq, doymuş yağlar yerinə bitki yağları istifadə etmək, trans yağlardan, rafine edilmiş karbonhidratlı qidalardan uzaq durmaq xolesterolu azaldır. Balıq və omega 3 yağları pis xolesterol səviyyəsinə təsir eləmir, amma triqliserid səviyyəsini azaldır, yaxşı xolesterolu artırır. Verilən məsləhətlərlə pis xolesterol aşağı düşməsə ya da ürək-damar xəstəliyi riski yüksəksə həkim birbaşa dərman  dərman müalicəsinə keçər. “Statinlər” adlanan dərman qrupu xüsusilə önəmlidir və ürək-damar xəstələrində yararlı təsirləri dəfələrlə çoxdur. Bəzən KİV-lərdə statinlər əleyhinə kampaniyalar aparılsa da bunlar əsassızdır.
Previous Post

“Yaxşı” və “pis” xolesterol – həkim məsləhəti

Next Post

95 əcnəbi `qaçqın` statusu almaq üçün Azərbaycana müraciət edib

Bənzər yazılar

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın...

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin...

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53

Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də...

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24

Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib. Elchi.az məlumata görə, bu barədə Bloomberg...

Next Post

95 əcnəbi `qaçqın` statusu almaq üçün Azərbaycana müraciət edib

95 əcnəbi `qaçqın` statusu almaq üçün Azərbaycana müraciət edib

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.