"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Moskvadan İrəvana növbəti hədə – “Qarabağı itirərsiniz, əgər…”

02 Noyabr 2016 - 10:22
in aktual-banner, Banner
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Moskvadan İrəvana növbəti hədə - “Qarabağı itirərsiniz, əgər...” Rusiyanın öz forpostundan narazılığı güclənir – səbəb…; İşğalçı ölkənin Rusiya və ABŞ arasında ikibaşlı oyunu, “iki stulda” oturmaq taktikası və Qərbə boylanmalar ona baha başa gələ bilər; moskvalı ekspertdən erməni siyasi elitasına çağırış: “Qərb institutlarını ərazinizdən qovun, yoxsa…”

Ermənistanla Rusiyanın münasibətləri əslində göründüyü kimi, əsl müttəfiqlik münasibətləri deyil, hərgah, tərəflər rəsmi səviyyədə bunun məhz belə olduğunu göstərməyə çalışır. Ələlxüsus da 4 günlük aprel müharibəsindən sonra erməni toplumunda və siyasi dairələrində Moskvaya qarşı aşkar etimadsızlıq ovqatı hökm sürməkdədir – hərçənd Ermənistan adlı saxta dövlətin formal mövcudluğu bütünlüklə Rusiyanın hesabınadır. Ermənistandakı anti-Rusiya ovqatının bir təzahürü də Qərbə yönəlik siyasi reveransların artmasıdır.
Bu arada Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin Ermənistanı öz ərazisində Qərb institutlarının fəaliyyətini dayandırmağa və yerli QHT-lərin Qərbdən maliyyələşməsinin qarşısını almağa çağırıb. Virtualaz.org xəbər verir ki, ekspert əks halda Ermənistanın ağır nəticələrlə üzləşəcəyini, o cümlədən “Dağlıq Qarabağı itirəcəyini” deyib.
Lepexin “Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Rusiya Ermənistanda informasiya müharibəsini Qərbə uduzur. Çünki Qərb təşkilatları Ermənistanda informasiya təbliğatına böyük pullar xərcləyirlər. Rusiya isə bu vəziyyətdən narahatdır, ancaq hazırda təbliğata xərcləməyə pulu yoxdur. “Qərb hücum siyasəti aparır, aqressiv hərəkət edir və böyük pullar xərcləyir. Bütün strukturları ancaq bir məqsədə xidmət edir-mədəni assimilyasiyaya” – rusiyalı ekspert deyib.
 
Image result for Lepexin
Politoloqun sözlərinə görə, Ermənistan bu siyasətə boyun əysə, nəticələri çox fəlakətli olacaq. “Xüsusən də bu, Ermənistan üçün Dağlıq Qarabağın əldən verilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsini, Ermənistan ərazilərinin bir hissəsinin tutulmasını demirəm” – Lepexin bildirib. Rusiyalı ekspertə görə, vəziyyətdən çıxış yolu budur ki, Ermənistan Qərb institutlarının fəaliyyətini dayandırsın, onların nüfuz agentlərinin işinə son versin. Hansı ki, Lepexinə görə Rusiya artıq bunu edib.
***
Image result for April Garabagh war
Yada salaq ki, bənzər xəbərdarlıq və hədələrlə zaman-zaman Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloqlar – Sergey Markov və Avrasiya Hərəkatı ideyasının müəllifi və eyni adlı qurumun sədri, Dövlət Duması spikerinin məsləhətçisi Aleksandr Duqin də çıxış edirlər.
Məsələn, İrəvanın mərkəzində ermənilərin 2-ci Dünya müharibəsinin qəhrəmanı saydıqları, faşistlərlə əməkdaşlıq etmiş, Moskvanın isə hərbi cani hesab elədiyi general Qaregin Njdeyə abidə ucaldılmasına münasibət bildirərkən bu faktı “dəhşətli” adlandıraraq demişdi: “Belə bir abidənin açılması sübut edir ki, erməni cəmiyyətində Rusiya əleyhinə köklənmiş güclü qüvvələr var. İrəvanın bu cür davranışı bütün məqbul formatları (hədləri-red.) aşmaq deməkdir və Rusiyanın qətiyyətli reaksiyasına səbəb olmalıdır”.
Image result for April Garabagh war
 
Ötən həftə isə onun başqa bir müsahibəsində belə bir hədələyici ifadə yer almışdı: “İrəvan gərək unutmasın ki, müxtəlif qəbildən bu kimi diplomatik addımlar günün birində kəsilə bilər ki, onun ardınca da Ermənistana qarşı sanksiyalar işə düşəcək. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün onun rəhbərliyinə təzyiq etsinlər. Əgər nə bu, nə də başqa təsirlər nəticəsiz olsa, o zaman ”aprel” təkrarlana bilər”.
Image result for Aleksandr Duqin
 
Duqin isə Ermənistan KİV-lərindən birinə açıqlamasında hədələyici tonda bildirmişdi ki, Ermənistan Qafqaz ölkəsi kimi yalnız Avrasiya məkanına mənsubdur və Rusiya onun başqa geosiyasi məkana keçməsinə imkan verməyəcək. Sitat: “Ermənistan ənənəvi olaraq Avrasiya geosiyasi xəritəsində yer alıb. Ona görə də onun yeri Avrasiyadır, ayrı yeri sadəcə, yoxdur. Ya o, Avrasiya ölkəsi olacaq, ya da ümumiyyətlə, mövcud olmayacaq. Hər bir erməni də avrasiyalı olmalıdır. Başqa variant mümkün deyil. Erməni siyasətçilərinin vəzifəsi odur ki, hazırda mövcud olanı qoruyub saxlasınlar. Ermənistanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun mövcudluq şərtidir. Mən İrəvanda tez-tez oluram və görürəm ki, hətta erməni ziyalıları arasında da belə dəqiq yanaşması olanlar yoxdur. Bu isə prosesi ləngidir”.
Image result for Erevan
Duqin o zaman daha sonra verdiyi açıqlamada bir daha xüsusi vurğu ilə bəyan eləmişdi ki, Ermənistanın mövcudluğunun əsas qarantı Rusiyadır. “Ermənistanın mövcud olması üçün Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması vacibdir. Çünki bunun əksi mövcudluğun aradan qalxmasıdır. Mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam. Əgər hansısa ultimatum vermək cəhdlərində bulunularsa, o zaman Ermənistanın varlığı məsələsi qoyulacaq”, – deyə Kremlin “danışan dili” İrəvanı kifayət qədər sərt ritorika ilə, açıqca hədələmişdi.
***
Cırtdan Ermənistan isə Rusiyanın forpostu ola-ola, həqiqətən Qərblə, onun aparıcı siyasi və hərbi blokları ilə də altdan-altdan münasibətlər qurmağa, necə deyərlər, “iki stul”da oturmağa can atır. Rəsmi İrəvanın yaxınlarda Avropa Birliyi ilə yeni əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşması bu qəbildəndir. Ötən yay İrəvanda polis binasını ələ keçirən və prezident Sərkisyana ultimatum verən radikal qrupa isə həm qərbyönlü yerli KİV-ləri və ekspert dairələrinin, həm də çox maraqlıdır ki, Ermənistandakı ABŞ səfirliyinin rəğbəti üzə çıxmışdı.
Rusiyada təbii ki, işğalçı ölkənin Qərbə bu kimi reveranslarını xüsusi diqqətlə izləyir. Çünki Ermənistan Güney Qafqazda Rusiyanın legitim hərbi bazalarının mövcud olduğu yeganə ölkədir. Regionda Kremlin əsas hərbi istinadgahıdır. 
Bölgədə, qonşu Gürcüstanda NATO, ABŞ hərbi təsirinin artdığını nəzərə alsaq, Moskvanın öz forpostundan dolayı əndişəsi daha asan anlaşılar. Bu üzdən Kreml olduqca maraqlıdır ki, Ermənistanda nəinki hakimiyyət, elə ana müxalifət də daim rusiyayönümlü olsun, Qərbə siyasi boylanmalar baş verməsin.
***
Əlavə edək ki, bu arada Rusiyanın lazım gələrsə, öz maraqlarını təmin eləmək üçün bir neçə postsovet ölkəsində inqilab edə biləcəyi də bəlli olub. Belə bir inqilab isə ən asan şəkildə məhz işğalçı Ermənistanda reallaşdırıla bilər. Ona görə ki, bu ölkənin nəinki iqtisadi sferaları, hərbi təhlükəsizliyi də bütünlüklə Rusiyaya bağlıdır, Ermənistanda böyük saylı Rusiya hərbi kontingenti var, onun Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur, rusiyameyilli “5-ci kolon” da öz yerində.
Odur ki, Lepexinin xəbərdarlığı əslində elə rəsmi Moskvanın xəbərdarlığıdır ki var və yeni deyil. Bu qəbildən xəbərdarlılar artmadadır. 
Previous Post

Moskvadan İrəvana növbəti hədə – “Qarabağı itirərsiniz, əgər…”

Next Post

Əvəz Zeynallıdan Xədicə İsmayılın siyahısına sərt ittiham

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Əvəz Zeynallıdan Xədicə İsmayılın siyahısına sərt ittiham

Əvəz Zeynallıdan Xədicə İsmayılın siyahısına sərt ittiham

Son xəbərlər

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunanlara hökm oxunub

13 Oktyabr 2026 - 17:49
Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37
NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

NATO azərbaycanlıların yaralandığı dron hücumunu araşdıracaq

13 Oktyabr 2026 - 17:25
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

13 Oktyabr 2026 - 17:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.