"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

03 Sentyabr 2016 - 10:13
in MANŞET
FacebookVatsap

Günter Ettingerin bəyanatı açıq-aşkar ötən 10 illər ərzində Qərbdə Türkiyəyə qarşı olan münasibətin real məzmununu təyin etmək baxımından çox yaxşı arqumentlər verir.

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Avropa Birliyinin iqtisadi məsələlər üzrə komissarı Günter Ettingerin Türkiyə ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirən millət vəkili onun bu mövqeyini kəskin pisləyib:

 

“O, yalnız Ərdoğan hakimiyyətdən getdikdən sonra Türkiyənin AB ilə üzvlük məsələsinə baxılacağını dilə gətirib. Əslində, rəsmi görəvli şəxsin təyinatına, vəzifə səlahiyyətlərinə uyğun olmayan bu təxribatçı açıqlama şübhəsiz Azərbaycanı da narahat edir. Ettinger açıq şəkildə Türkiyədə dövlət çevrilişinə cəhdə çağırış edib. İllərdir söyləyirik ki, əgər həqiqətən də AB xristian klubu deyilsə, onda Türkiyənin Qərbin maraqlarının təminatı yolunda on illər boyu həyata keçirdiyi kursu müsbət dəyərləndirməlidir. 1960-cı ildən AB ilə münasibətdə olan, 1987-ci ildən isə hüquqi statusunu üzvlük məqamına kimi daşıyan dövlət bu gün ayrı-seçkilik, diskriminasiya və xəyanətlərin hədəfinə çevrilib. Bu gün Türkiyə Avropanın Yaxın Şərqdə həyata keçirdiyi azğın dövlətləri məhv etmə siyasətinin bütün ağırlıqlarını öz üzərinə götürüb. Türkiyə Suriya köçkünlərinə qapısını açmaqla bərabər, istəmədən bu regiondan gələn separatizmə də qucaq açıb. Təsadüfi deyil ki, son illər Türkiyənin daxili təhlükəsizlik əmsalı qat-qat aşağı düşüb. Belə şəraitdə Ettingerin Türkiyədə hakimiyyətin devrilməsi mövqeyini dilə gətirməsi böyük məhvetmə planlarından xəbər verir”.

 

Millət vəkili hesab edir ki, Türkiyədə dövlət çevrilişinə cəhd ssenarisi bu ölkənin sərhədlərindən kənarda yazılıb:

 

“Çünki AB ölkələrinin böyük əksəriyyəti həmin hadisələr dövründə sükut mövqeyini seçdi. Söhbət Türkiyədə təyyarələri göyə qaldırmaq və kütləvi insan qırğınlarına səbəb olmaqla hakimiyyətə qəsd edilməsindən gedirsə, Avropa demokratları, köhnə qitənin siyasi qurucuları buna necə dözüm göstərir? Məgər bu, Yaxın Şərqdə diktaturalı ölkələrdə guya demokratiya toxumu əkmək istəyənlərin ideallarının nə qədər cəfəng olduğunu sübuta yetirmirmi? Əslində, AB təmsilçisi çevrəsində yer alan hökumət üzvlərinin də mövqeyini ifadə edir. Görünür, Türkiyə hegemoniyasının Avropa üzərində bərqərar olacağından narahatdırlar. Azərbaycan da müxtəlif xarici qüvvələrin hədəfində olub, onların müxtəlif daxili qüvvələri himayə etməsi və bir sıra dövrlərdə açıq siyasi və maliyyə dəstəyilə ölkədə hakimiyyət çevrilişi planları ilə üz-üzə qalıb. Söhbət Türkiyəni parçalamaq, köçkünlərin gətirdiyi sosial, iqtisadi, mənəvi və təhlükəsizlik qayğılarının içərisində boğmaq, həmçinin Suriya içərisindən yayılan separatizmlə bu ölkəni dağıtmağa çalışan dövlətlərin böyük planlarından gedir. Ettinger mahiyyətcə PKK və PYD-ni maliyyələşdirən qurumların başı üstündə dayanır. Buna heç bir şübhə yoxdur ki, belə təşkilatlar Türkiyəni ön sıralarına almayacaqlar, ancaq heç olmazsa, onların ixtiyarları yoxdur ki, düşündüklərini bu dərəcədə açıq dilə gətirsinlər. Bu, bir dövlətin işlərinə qarışmaq, vəzifə səlahiyyətlərini aşmaqdır. Beynəlxalq hüquqi tələblər belə bir mövqeyə imkan tanımır. Türkiyənin hüququ var ki, belə şəxslərdən üzrxahlıq tələb etsin”.

 

Qeyd edək ki, AB Komissiyasının üzvü Günter Ettinger Türkiyənin AB üzvlüyünə yalnız Rəcəb Tayyib Ərdoğan prezident postundan getdikdən sonra baxılacağını deyib.

 

Previous Post

“Bu, Türkiyədə növbəti çevriliş planıdır”

Next Post

`Atamın öldüyünə inanmıram` – Prezidentin qızı

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

14 Sentyabr 2026 - 16:00

"Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

14 Sentyabr 2026 - 15:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Next Post

`Atamın öldüyünə inanmıram` - Prezidentin qızı

`Atamın öldüyünə inanmıram` - Prezidentin qızı

Son xəbərlər

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38
Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək

14 Sentyabr 2026 - 22:31
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.