"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Vitse-prezident olmaq istəyirəm”

05 Avqust 2016 - 08:32
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

  “Vitse-prezident olmaq istəyirəm”

Hafiz Hacıyev: “Məndən soruşsanız ki, sabah çörək almağa pulun varmı, o zaman cavab verərəm ki…”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a müsahibə verib. 

H.Hacıyev öncə keçiriləcək referendumla bağlı sualımızı cavablandırıb: 

– Ölkədə dəyişikliklər gözlənilir, prezidenti çalışır ki, Azərbaycanı irəli aparsın, dünyada daha da geniş təbliğ etsin, tanıtsın. Amma onun ətrafında olan bəzi qüvvələr buna imkan vermir, bu, birmənalı şəkildə belədir. Özünüz də görürsünüz ki, prezidentə nə qədər basqılar var – istər daxildən, istərsə də xaricdən. Prezident sərəncam verir, sərəncamlar icra olunmur. Məsələn, sizə bir fakt deyim: prezident İlham Əliyev  8-9 ay bundan əvvəl bir sərəncam verdi, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ilə bağlı böyük ASC qurumunu yaratdı, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verdi ki, iki ay müddətinə bununla bağlı Nazirlər Kabineti prezidentə hesabat versin. İnanırsız ki, bu günə qədər o fərman yerinə yetirilməyib?! Nəinki həmin fərman, bir neçə fərmanlar da var ki, yerinə yetirilməyib. Prezident də görür ki, verdiyi tapşırıqlar “sobataj” olunur, ona güclü komanda lazımdır.

Bu baxımdan, konstitusiyaya edilən dəyişiklikləri normal qarşılamaq lazımdır. Doğrudur, bəzi dırnaqarası müxalif qüvvələr bunu ölkədə şahlıq, hakimiyyətin bir əldə cəmləşməsi kimi qələmə verirlər. Mətbuata baxıram, indidən vitse-prezident kimi bəzi adlar çəkilir. O adların arasında çox layiqli adamlar var. Onun ətrafındakı xəyanətkar insanlardansa belə bir etibarlı insanlar olsa, daha yaxşıdır. Və yaxud mən Hafiz Hacıyev, cənab prezidentin yanında vitse-prezident olsam, bunun nəyi pis olar? Həqiqəti deyə, xalqımın problemlərini birbaşa prezidentə çatdıra və onun həll edilməsində böyük xidmətlərim ola bilər.

Referendumdan sonra yenə də həmin “qocalar evində”ki pensiyaçıları, yaltaqları, rüşvətxorları, üzdə prezidentə yaltaqlanıb, arxada xəyanət edənləri gətirib ora yığsalar, bu, dövlətçilik ənənələrinə böyük zərbə olacaq. İstərdim ki, referendum keçirilsin və ləyaqətli insanlar seçilsin. Azərbaycan xalqı yeni simalar, üzlər görmək istəyir. İstərdim ki, müxalifət də bu məsələdə prezidentə kömək etsin ki, prezident ətrafını 30 illik kif basmış insanlardan təmizləsin.

– Belə çıxır ki, vitse-prezident olmaq arzusundasınız? 

– İlham Əliyevin ətrafında mənim kimi etibarlı insan olsa, bunun nəyi pisdir?! Özüm nazir işləmişəm, böyük həyat təcrübəm var, kifayət qədər yaxşı vaxtımdır. Sizi inandırım ki, mən prezidentin yanında olsam, bir dənə yalan informasiya çatdırmayacam. Yoxsa ki, hamısı bir-biri ilə kirvədir, qız verib, qız alıblar. Bu insanları aparıb ətrafında vitse-prezident qoysa, çatışmazlıqların üstünü ört-basdır edəcəklər. Kənd təsərrüfatı naziri bir metr torpaqda taxıl əkməyib, yalandan deyir ki, guya ki, taxıl ehtiyatı 6 faiz artıb. Artıbsa, çörəyin qiyməti niyə qalxır?!

– Deyilənə görə, bəzi məmurlar referendumun keçirilməsini istəmir. Güman edirlər ki, bu referendum gələcəkdə onlar üçün bir təhlükə ola bilər. 

– Nazirlər Kabineti “qocalar evi”ndən ibarətdir. “Qocalar evi”ndəki qoca kişilər bilirlər ki, referendumdan sonra səlahiyyətlərin əksəriyyəti vitse-prezidentlərə keçəcək. Onlar çöldəki ab-havanın, millətin duyğularını, sadə insanların yas yerinə gedib siyahıya 5 manat yazıla bilmədiklərindən xəbərsizdilər.

– Bugünlərdə ANS telekanalının lisenziyasına xitam verildi. Bu qərara sizin münasibətiniz necədir?

“Məmurlar Qubada, Göygöldə, Qəbələdə və digər gözəl guşələrimizdə dincəlsinlər, amma hamısı xaricdəki bahalı villalarında dincəlir”

– ANS-in bağlanması ilə qətiyyən razı deyiləm. Mən prezidentdən xahiş edərdim ki, bu televiziya kanalı ilə bağlı öz humanistliyini göstərsin. Hər bir insan xətaya yol verə bilər. Mirşahin çıxıb həm Azərbaycan, həm də Türkiyə xalqından üzr istədi. ANS-in səhvləri olsa da Azərbaycanın müstəqillik tarixində böyük xidmətləri var, bunu danmaq olmaz.

– Hazırda yay mövsümünün qızğın vaxtlarını yaşayırıq. Dövlət məmurlarının demək olar ki, hamısı artıq məzuniyyətdə, istirahətdədir. Amma siz hələ də iş başındasız. İstirahətə getməyi düşünmürsüz?

– Sual versəydiz ki, “sabah çörək almağa pulunuz varmı?”, onda sizə dolğun cavab verərdim. O məmurlar ki, Azərbaycanı sümürüb talayıblar, deyirlər ki, “Azərbaycanda turizmi inkişaf etdirək”. Baxın, görün, birinin belə telefonuna zəng çatır? Qoy gedib Qubada, Göygöldə, Qəbələdə və digər gözəl guşələrimizdə dincəlsinlər, amma hamısı xaricdəki bahalı villalarında dincəlir. Hər halda, yaxın günlərdə onların da aqibətini görəcəyik.

– Deputatların məzuniyyət pulu da mətbuatda və sosial şəbəkələrdə müzakirə olundu. Onlar bu müzakirələrə cavab olaraq deyirlər ki, həmin müavinət onların istirahətinə yetmir. Siz necə düşünürsüz?

– Deputatlar gərək ilk növbədə onları seçən xalqı düşünsün. Bəziləri heç hansı rayondan seçildiyini bilmir. Həmin 6 min manat məzuniyyət müavinətini aldıqlarına gərək deyərdilər ki, “gəlin birləşib sosial təminatların ləğvinə, çörəyin qiymətinin qalxmasına imkan verməyək”.

– Ötən il şortik geyinənlərə qarşı mübarizəyə başladığınızı demişdiniz. Bu geyimdə olan kişiləri ayaqlarına “kislota” tökəcəyinizlə hədələmişdiniz. Bəs bu il də “şortiklilər”ə qarşı mübarizə aparmaq fikriniz var?

– Yox. Belə olanda insanların azadlıqları əlindən alınmış kimi hesab olunur. Qoy o şortik tikənlərin də Allah işini avand etsin, onların şortikləri satılsın… Hər halda, qoy kim necə istəyirsə, o cür dincəlsin”.

Previous Post

“Vitse-prezident olmaq istəyirəm”

Next Post

Tale Heydərovdan möhtəşəm qələbəyə – Reaksiya

Bənzər yazılar

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Next Post

Tale Heydərovdan möhtəşəm qələbəyə - Reaksiya

Tale Heydərovdan möhtəşəm qələbəyə - Reaksiya

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.