"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əli Həsənov: “İlham Əliyev ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi”

24 Noyabr 2015 - 14:02
in XƏBƏR LENTİ
FacebookVatsap

“Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri, Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar olduğu gündəlik qayğılardan, problemlərdən, dövlətin rastlaşdığı gərgin vəziyyətdən çıxış edərək, bir qrup qabaqcıl ziyalının müraciətinə cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiya, həqiqətən, Azərbaycanın o dövrdəki siyasi çətinliklərindən irəli gələrək yaradıldı və qısa müddət ərzində ümummilli partiyaya çevrildi”.

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

AzNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib. Əli Həsənov bildirib ki, həmin dövrdə Azərbaycanda partiyaların təsnifatı sağçılar, solçular, kommunistlər, müəyyən qədər daha çox fərqli insan təbəqəsini, qruplarını təmsil edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və qısa müddət ərzində təşkilatlanaraq, bütün xalqın partiyası statusunu aldı. Təxminən yarandığı noyabr ayından iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istəyilə meydana çıxan ziyalılar onun təsis konfranslarını keçirdilər.

Onun sözlərinə görə, baş verən hadisələrin fonunda Heydər Əliyevin o dövrkü hakimiyyət tərəfindən Bakıya dəvət olunmasına, xalqın tələbilə yenidən parlamentə Sədr, qısa vaxtdan sonra Prezident seçilməsinə qədər artıq Yeni Azərbaycan Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı, formalaşmışdı və bitkin siyasi təşkilata çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi ki, YAP Azərbaycanın taleyini çiyinlərinə götürməyə, onun idarəçiliyini əlinə almağa və dövləti, xalqı həmin böhranlı vəziyyətdən çıxarmağa qadir partiyaya çevrilmişdi.

“Prezident İlham Əliyevin YAP-a Sədr seçilməsindən sonra Azərbaycanın gənclik mühitində ciddi bir canlanma müşahidə olunmağa başladı. Əlbəttə ki, Heydər Əliyev dövlətin xilası, qurulması və inkişafı mərhələsində əvəzedilməz siyasətçi idi. Azərbaycan dövlətçiliyinin yeni dövründə isə, yəni 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev dövlət rəhbəri kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi. Həqiqətən də, çəkinmədən demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində bütün parametrlər üzrə yeni mərhələ başladı. Bu, bir faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan demokratik inkişafını şərtləndirir, insanların hüquq və azadlıqlarının bütün spektrlərini təmin edir, ölkənin bazar iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə inteqrasiya xəttini təlqin edir, dövlətimizin bölgənin və dünyanın əsas inkişaf etmiş, sülhvevər ölkələrilə birgəyaşayış normalarına əsaslanan siyasətinin həyata keçirilməsini təşkil edir. Əlbəttə ki, YAP bütün bu proseslərin əsasında dayanırdı. Məhz Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirirdi. Bu gün isə Prezident İlham Əliyev YAP-a söykənərək real siyasət həyata keçirməkdədir. Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir, gələcəkdə də xalqımızın bütün ehtiyaclarına, istək və arzularına cavab verə bilən partiya kimi qalacaq”.

Previous Post

Əli Həsənov: “İlham Əliyev ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi”

Next Post

Oqtay Əsədov Milli Məclisin sədri seçildi

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

Oqtay Əsədov Milli Məclisin sədri seçildi

Oqtay Əsədov Milli Məclisin sədri seçildi

Son xəbərlər

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Panama kanalında gəmi hərəkəti yenidən məhdudlaşdırılacaq

Panama kanalında gəmi hərəkəti yenidən məhdudlaşdırılacaq

15 Sentyabr 2026 - 10:33
Tramp: Süni intellektlə bağlı həyəcan siqnalları saxtakarlıqdır

Tramp: Süni intellektlə bağlı həyəcan siqnalları saxtakarlıqdır

15 Sentyabr 2026 - 10:25
Yaponiyada yaşı 100-ü keçənlərin sayı ilk dəfə 100 mini ötüb

Yaponiyada yaşı 100-ü keçənlərin sayı ilk dəfə 100 mini ötüb

15 Sentyabr 2026 - 10:17
Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb

Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb

15 Sentyabr 2026 - 10:09
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

15 Sentyabr 2026 - 09:55
XİN: Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu

XİN: Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu

15 Sentyabr 2026 - 09:42
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüşün ucuzlaşması davam edir

15 Sentyabr 2026 - 09:34
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

15 Sentyabr 2026 - 09:26
Nazir: Nəticələr uğurlu olsa, təmayül tədris modeli tam orta təhsilə daha geniş tətbiq ediləcək

Nazir: Nəticələr uğurlu olsa, təmayül tədris modeli tam orta təhsilə daha geniş tətbiq ediləcək

15 Sentyabr 2026 - 09:17
Emin Əmrullayev bu il məktəbə gedən şagirdləri təbrik edib – FOTO

Emin Əmrullayev bu il məktəbə gedən şagirdləri təbrik edib – FOTO

15 Sentyabr 2026 - 09:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.