"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanda iqtisadi böhran yetişir, yoxsa…

28 Avqust 2015 - 09:55
in İQTİSADİYYAT
FacebookVatsap

 Azərbaycanda iqtisadi böhran yetişir, yoxsa...

Bunu da oxuyun

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Siyasi və iqtisadi ekspertlərin fikirləri fərqlənir

Neftin sürətlə ucuzlaşması büdcəsi xeyli dərəcədə neftdən asılı olan Azərbaycanı da çətin vəziyyətlə üzləşdirib. Ekspertlərə görə, manatın dollara nisbətdə öz dəyərini növbəti dəfə itirmək təhlükəsi ilə qarşılaşması, qida məhsullarının bahalaşması, ölkədəki iqtisadi proseslərin əvvəlki kimi getmədiyinin göstəricisidir.

Bu arada AXCP sədri Əli Kərimli də apardığı kiçik təhlil əsasında Azərbaycanın çox ciddi sosial-iqtisadi böhrana girdiyini söyləyib.
Bu barədə o, facebook-dakı statusunda yazıb. O, bu xüsusda  yalnız son 4 iş günü ərzində Mərkəzi Bankın valyuta rezervlərinin 10 faizdən çoxunun  (8 milyard 501 milyon 500 min dollardan 893 milyon dolları) xərcləməsinə diqqət yönəldib.
İqtidar nümayəndələri isə ölkədəki vəziyyəti, sadəcə, müvəqqəti iqtisadi gərginlik adlandıraraq, öz çıxışlarında “iqtisadi böhran” termini işlətməkdən yayınırlar. Bəs

Azərbaycandakı iqtisadi durumun adı nədir?

 
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkə iqtisadiyyatı həqiqətən də böhran astanasındadır: “Böhranın astanasında olsaq da, bununla bağlı ciddi fəsadları növbəti aylarda görəcəyik. Çünki indiki situasiyanın arxasınca işsizliyin artması müşahidə olunacaq. Bununla da əhalinin sosial vəziyyəti ağırlaşacaq. Artıq bunun üçün zəmin var. Ölkədə tikintilər dayanır, kiçik və orta biznesin fəaliyyət dairəsi daralır. Eyni zamanda dövlət və  hökumət orqanlarında ciddi ixtisarlar gözlənilir. 2016-cı  il büdcəsinin müzakirələrində şahidi olacağıq ki, hökumət məcburən  bəzi xərclərin kəskin şəkildə azaldılmasına gedəcək. Mənzil bazarında satışlar demək olar ki, dayanıb. Bu da  tikinti sektoruna təsir göstərir. Avtomobil və mobil telefon bazarlarında da ötən illə müqayisədə xeyli azalmalar var. Hətta geyim mağazaları artıq bağlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, biz böhranın astanasından içəri addım atmışıq. Ciddi fəsadları isə bir neçə ay sonra görəcəyik. Banklardakı problemləri də nəzərə alsaq, Azərbaycanda iqtisadi vəziyyətin böhranlı hal aldığını hiss edəcəyik”.
 
Musavat.com-a danışan digər iqtisadi ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, Azərbaycandakı vəziyyəti böhran adlandırmaq doğru deyil: “Böhran Rusiyadadır. Özü də dərin böhrandır. Azərbaycanda böhrandır demək doğru olmaz. Əgər büdcəni və ya maliyyə bazarını  götürsək, burada müəyyən problemlər var. Ancaq bunu  böhran hesab etmək olmaz. Çünki Azərbaycanda inflyasiya  aşağıdır. Eyni zamanda ümumi daxili məhsulda artım var. Makroiqtisadi göstəricilərin yüksək olduğu məqamda ölkədə böhran var söyləmək doğru olmaz”.

 

Previous Post

Azərbaycanda iqtisadi böhran yetişir, yoxsa…

Next Post

Neftdən kəskin bahalaşma – 50 dollara yaxınlaşır

Bənzər yazılar

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib....

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) telekommunikasiya və informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə investisiyalarının ümumi...

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47

Dövlət Neft Fondu (ARDNF) 2025-ci ili 26 milyard 913,177 milyon manat xalis mənfəətlə başa vurub. Elchi.az Fondun maliyyə hesabatına istinadən xəbər...

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15

Bu ilin sentyabr ayında Türkiyədə əcnəbi vətəndaşlara ümumilikdə 2 167 mənzil satılıb. Elchi.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir...

Next Post

Neftdən kəskin bahalaşma - 50 dollara yaxınlaşır

Neftdən kəskin bahalaşma - 50 dollara yaxınlaşır

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.