"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hökümətdə kim yol ayricina çatıb?

27 Fevral 2015 - 15:12
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan hökuməti post-neft dövrünə hazırlaşır. 2015-ci il başlar-başlamaz struktur islahatlarının aparılması, manatın devalvasiya olunması kadr islahatlarını da şərtləndirib. 

Bunu da oxuyun

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Sabah 7 kənddə qaz olmayacaq

Hökümətdə kim yol ayricina çatıbHökumətin komanda dəyişikliklərinə gedəcəyi istisna olunmur.

“Yeni Müsavat” qəzetinin hazırladığı məqalədə bildirilir ki, Baş nazir Artur Rəsizadənin siyahının başında getdiyi bildirilir. Qəzet yazır ki, 80 yaşlı baş nazirin “Şöhrət” ordeni ilə təltif olunması da onun təntənəli yola salınmasına hazırlıq kimi qiymətləndirilə bilər.

Bu dəyişikliyə gedilməsini şərtləndirən mühüm amil Azərbaycan hökumətinin də etiraf etdiyi kimi, iqtisadi böhrandır. İqtisadi böhran dövründə isə komandaya yeni nəfəs lazımdır – daha çevik, enerjili və təravətli…

Hər halda, hakimiyyət gənc məmur ordusu ilə ağrılı prosesi daha sürətli keçə bilər. Mümkündür ki, köhnə məmurların bəzilərinin rəhbərlik etdiyi sahələr “yeni iqtisadiyyata keçid” səbəbindən ya ləğv edilsin, ya da səlahiyyətləri və işçiləri əhəmiyyətli dərəcədə azaldılsın.

Belə bir qərar “köhnə”lərdən sayılan “Azərenerji” prezidenti Etibar Pirverdiyev və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı artıq verilib. Ən qısa zamanda Prezident Administrasiyasında da ciddi kadr dəyişiklikləri gözləniləndir…

Milli Məclisin Sosial-iqtisadi komitəsinin üzvü, deputat Vahid Əhmədov neftdən sonrakı dövrlə bağlı hansı addımlar atılmalı olduğu haqda “Yeni Müsavat”a danışıb. Deputatın sözlərinə görə, manatın kursu ilə bağlı tədbirlər planı hazırlanıb və işlər görülməkdədir. V.Əhmədov onu da qeyd etdi ki, neftin qiymətinin bu dərəcədə ucuzlaşması gözlənilən deyildi: “Neft 55-60 dollar səviyyəsində idi. Biz istehsalın və ixracın azalmasını görürdük. Artıq 5-6 faiz azalma var idi. Qeyri-neft sektorunun inkişafı üçün texnoparklar yaradıldı. Ancaq qeyri-neft sektorunun inkişafı üçün işlər davam etməlidir”.

Deputat struktur islahatlarının davamı kimi kadr islahatlarının olmasını istisna etməyib: “Struktur islahatlarının aparılması vacibdir. Bundan sonra da olmalıdır. Bəzi qurumlar bir-birini təkrarlayır, onlar birləşdirilməlidir, bəziləri ləğv olunmalıdır. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi səlahiyyətlərini çoxdan bitirmişdi. Artıq torpaqlar paylanmışdı, özəlləşdirilmişdi. ”Azərişıq” ASC-nin yaradılması da vacib idi. Çünki işığın satışı və istehsalı ilə bir təşkilat məşğul olmalıdır.

Əvvəl “Bakıelektrikşəbəkə” paytaxtın işıq satışını təşkil edirdisə, indi bütün respublikada elektrik enerjisinin satışı və istehsalını bir təşkilat həyata keçirəcək. Hesab edirəm ki, bu islahatlar davam etməlidir. Bunun davamı kimi kadr islahatları da ola bilər. Bu ölkədə gedən iqtisadi proseslərdən asılıdır. Eyni zamanda dövlət başçısının səlahiyyətlərinə daxil olan məsələdir”.

Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə hökumətdə kadr islahatları olub-olmayacağından məlumatsızdır. Onun sözlərinə görə, özü hakimiyyətdə olsaydı kiminlə işləyəcəyini müəyyən edərdi. Deputat komandanı müəyyən etməyin birinci şəxsin səlahiyyətində olduğunu bildirib: “Belə bir yanaşma yoxdur ki, prezidentə kimi postunda saxlayıb-saxlamayacağını göstərəsən. Bu baxış düzgün deyil. Ölkə başçısı özü bilir ki, kiminlə işləmək lazımdır. Artıq kim neçə il eyni vəzifədə qalıbsa, buna da özü qərar verib. Bu komanda ilə işləmək istəyibsə, biz ona deyə bilmərik ki, filan vəzifəyə filankəsi təyin et. Xalq və müxalifət narazı ola bilər. Bu narazılığa görə seçkilərdə hökuməti dəyişə bilər. Hansı komanda ilə işləyəcəyini birinci şəxs özü müəyyən edir”.

“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi icmalçı Mehman Əliyev kadr islahatlarının olacağını düşünür. Siyasi ekspert bütün sahələr üzrə islahatların olacağını proqnozlaşdırır. Onun fikrincə, bütövlükdə gedən islahatlarda məmur-oliqarxiya sıradan çıxarılacaq, yeni idarəetmə sistemi yaradılacaq.

M.Əliyevin sözlərinə görə, yeni şəffaf sistem olacağı gözləniləndir və dövlət vəsaitlərinin mənimsənilməsi prosesində məhdudiyyət tətbiq olunacaq: “Bu dəyişikliklər bütün sahələri əhatə edəcək. Monopoliyanın qismən aradan qaldırılması da ola bilər. Mən ötən ilin yayında bu proqnozları verirdim. Çünki iqtisadi proseslər, neftin istehsalının azalması vəziyyətin bu yerə gələcəyinə işarə idi. Hökumət manatın kursunun saxlanması üçün 300 milyon xərcləyirdisə, artıq milyard yarımı keçmişdi. O baxımdan islahatlar qaçılmazdır”.

Siyasi analitik kadr islahatlarının olacağını təkcə proqnozlarına istinad etmir: “Müəyyən məlumatlar daxil olur və bu informasiyalar təsdiqləyir ki, hakimiyyət islahatlara getməli olacaq. Amerika ilə də müştərək komissiya yaradılıb və dəyişikliklərin olması haqda müzakirələr aparılacaq. Ölkənin modernləşdirilməsi,  islahatlar barədə söhbətlər gedəcək. Əgər may ayından bu islahatlara start verilirsə, iqtisadi proseslə sürətlə gedəcək. Hakimiyyət indi daha çox tələsir və çevik olmağa çalışır. Əli Həsənovun prezident köməkçisi təyinatı də o deməkdir ki, QHT, media və müxalifətlə danışıqlar davam edəcək. Bu dəfə artıq prezidentin köməkçisi prezidentin adından müxalifətlə danışacaq”.

Müsahibimiz A.Rəsizadənin postundan gedəcəyini də istisna etmir: “Ölkədə gedən iqtisadi proseslərə görə indi baş nazir postuna daha cavan kadr lazımdır. Bu dəyişikliklər prosesi başlasa, Nazirlər Kabinetinin yeni komanda və rəhbərə ehtiyacı olacaq”.

Previous Post

Hökümətdə kim yol ayricina çatıb?

Next Post

Bu təyinat Bərdədə etirazla qarşılandı – ÖZBAŞINALIQ

Bənzər yazılar

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini...

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi, həmçinin Xidmətin regionda yerləşən bir sıra hissə və bölmələrinin rəis heyəti xidməti...

Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08

Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq. Elchi.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata...

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir. Elchi.az xəbər verir ki,...

Next Post

Bu təyinat Bərdədə etirazla qarşılandı - ÖZBAŞINALIQ

Bu təyinat Bərdədə etirazla qarşılandı - ÖZBAŞINALIQ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

27 Oktyabr 2026 - 16:00
“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

27 Oktyabr 2026 - 15:53
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44
FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34
Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30
TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir – Yeni qərar

27 Oktyabr 2026 - 14:30
Azərbaycanda yeni su anbarı tikilir

Azərbaycanda yeni su anbarı tikilir

27 Oktyabr 2026 - 14:14
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

27 Oktyabr 2026 - 14:07
Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

Kallasdan Ukraynada çətin qış olacağı barədə XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.