"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dollar “Sədərək”lə “Binə”ni də boşaltdı – FOTOLAR

23 Fevral 2015 - 15:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Dollar “Sədərək”lə “Binə”ni də boşaltdı - FOTOLAR

Bunu da oxuyun

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Malın qiymətini qaldırmışq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Bizim yerimizə siz də olsanız, qiymətləri qaldırarsınız. Malı nisyə almışıq. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk. Malı da ancaq dollarla alırıq. İndi isə ziyan eləmişik”.
Bunu virtualaz.org saytının əməkdaşları ilə söhbətində “Sədərək” ticarət mərkəzində ticarətlə məşğul olanlar deyir.
Xaricdən ölkəyə mal gətirən bütün ticarətçilər kimi onlar da dolların qalxması ilə ciddi ziyana düşüblər. Dolların 78 qəpikdən 1 manat 5 qəpiyə qalxması “Sədərək”də ticarəti demək olar ki, sıfıra endirib.
Ticarət mərkəzində mağazaların əksəriyyəti açıqdır, yəni dükanlar bağlanmayıb. Satıcılar normal günlərdə olduğu kimi bu gün də səhər saatlarından mağazalarını açıb. Ancaq 1 saat ərzində bazarda olarkən nadir hallarda alıcı gözə dəyirdi.
Bizim gördüklərimizi elə satıcılar da təsdiqlədi. Satıcılar deyir ki, bazarda gördüyünüz 10 nəfərdən 7-8-i buranın işçilərdir. 1-2 nəfər də mal almaq məqsədi ilə gəlib.
Bazarda işini dayandıran mağazalar da var. Səbəb məlumdur – dolların qalxması. Bəzi mağaza sahibləri isə obyektləri açsa da mal satmır. Onlar dolların bu qədər yüksək fərqlə artacağını gözləmədiklərini deyir. Bəziləri isə ümid edir ki, dollar bəlkə də düşdü və hər şey əvvəlki kimi oldu…
Mal satmağa qərar verənlər isə qiymətləri 30-35 faiz arasında qaldırıb. Onlar bu bahalaşmaya görə özlərinə haqq qazandırmağa çalışırlar.
13 ildir pərdə satışı ilə məşğul olan Muxtar adlı ticarətçi qiymətlərin qalxmasını belə izah edir: “Dükanda gördüyünüz malların hamısını nisyə almışam. Malı da dollarla alıram. İndi özünüz hesablayın. Mən borcumu 33 faiz artıq ödəyəcəyəm. Bizim yerimizə kim olsa, bunu edər. Ya malı satmamalıyıq, ya da bu qiymətə satmalıyıq”.
Onun sözlərinə görə, qiymət artandan bazarda demək olar ki, alıcı yoxdur: “Bazarda satış uzun müddətdir zəifləyib. Alıcı yoxdur. Camaatda pul yoxdur. Son üç gündə isə ümumiyyətlə heç kim gəlmir. Aylıq xərclərimizi ödəyə bilmirik. 1130 manat aylıq kirayə haqqı, yəni yerpulu verirəm. Əlavə xərcləri də nəzərə alanda 1500 manatdan çox aylıq xərcim var. Ailəni də dolandırmalısan. Elə qazancımız ancaq yemək-içməyə gedir. Ancaq gündəlik dolanışığımız olurdu. Bundan sonra necə olacaq – bilmirik.
Bura topdansatışdır. İki gün əvvəl satdığım malı manatla hesablamışam. Həmin malı da nisyə satmışam. Satdığım malların hamısında 33 faiz itirmişəm”.
“Sədərək” ticarət mərkəzi açılandan burada çalışan Kamil Allahverdiyev də söhbətə qoşulur. O da üzləşdikləri paroblemdən necə çıxış yolu tapacaqlarını bilmədiklərini deyir.
Çamadan, divan, çarpayı örtüklərinin satışı ilə məşğul olan ticarətçi deyir ki, 3 gündür bazara sadəcə olaraq mağazanı açmaq üçün gəlirlər.
Mağazadakı, anbardakı bütün mallarının nisyə olduğunu deyən K.Allahverdiyev əlavə edir ki, bu qiymətlə mal satmaq sadəcə mümkün deyil: “Qiymətləri məcbur qaldırmışıq. Onsuz da alan yoxdur. Bazar bu qiymətlə uzağı iki-üç ay işləyər, sonar burada qalan olmayacaq. Bəlkə camaat qiymətlərə öyrəşə, sonra bazara gələ. Əvvəl 55 manata satdığım çamadanı indi 70 manata satmalıyam ki, ziyana düşməyim. Çindən 20 min dollarlıq mal vurmuşam. Hesablayıram ki, 26 min dollar verməliyəm. Mən də məcbur olub burada qiyməti qaldırmalıyam. Heç satış da yoxdur. Mal aldığımız şəxslərə zəng edib deyəcəm ki, iki-üç aylıq möhlət versinlər”.
Ticarətçilərlə söhbətimizdə onu da öyrəndik ki, indi ən çox zərər edənlər böyük topdansatış mərkəzləridir. “Sədərək”də elə böyük “optovoy”lar var ki, onlar xaricdən dollarla aldığı malları burada özlərindən kiçik ticarətçilərə manatla satıblar. İndi onlar ziyanlarını heç cür qarşılaya bilməyəcəklər. Satıcılar deyir ki, bu cür ticarətçilərin sayı həddən artıq çoxdur.
Bazara yollanmamışdan əvvəl rəhbərliyin icarə haqlarında satıcılara güzəştlər etdiyini eşitmişdik. Lakin bu deyilənlərin əsassız olduğunu öyəndik. Satıcılar deyir ki, heç bir güzəşt yoxdur. İcarə haqqı əvvəl necə idisə, indi də elədir. Satıcıların sözlərinə görə, sadəcə olaraq vaxtı bir neçə gün uzadıblar və icarə haqqını hissə-hissə alırlar.
Ticarət mərkəzində daha bir ənənəvi halın şahidi olduq. Yəni iki gündür yağan qar artıq əriyirdi və bazarda gölməçələr əmələ gəlmişdi. Satıcılar deyir ki, onlar icarə haqqında güzəşt görmədikləri kimi rəhbərlikdən bu problemin aradan qaldırılması üçün də kömək görmürlər. Yağış və qardan sonra satıcılar özləri vedrələri götürüb dükanları basan suyu kənara daşıyırlar.
“Sədərək”də oboy satışı ilə məşğul olan Türkiyə vətəndaşı Bekir deyir ki, 3 gündür satış dayanıb. Səbəb qiymətlərdə baş verən dəyişiklikdir. Bu vəziyyətdən narazılığını dilə gətirən türkiyəli tacir dövlətin bu məsələdə tezliklə hansısa bir tədbirlər görəcəyini gözlədiklərini deyir.
Alışı dollarla, satışı isə manatla aparan türk sahibkar bu halın bütün Azərbaycan vətəndaşlarına və ən əsası kasıb təbəqəyə təsir etdiyini söyləyir: “Milyon dollarları olan insanlar bir gecədə yüz minlərlə dollar qazandılar. 400-500 manat maaş alan insanlar isə gecə ilə 100 manat itirdi. Alıcı da, satıcı da bu vəziyyətdən ciddi şəkildə təsir görüb.
Bunun bir çıxış yolu olmalıdır. Dövlət buna bir çarə tapmalıdır. 1999-da Türkiyədə də bu cür bahalaşma oldu. O zaman bu fərq 50 faizdən çox idi. Biz bu cür halları yaşayıb görmüşük. Vəziyyət həddən artıq çətindir. Dövlət hər kəsi nəzərə almalıdır. İmkanlı şəxslər də kasıb vətəndaşı düşünməlidir. “Bu məsələyə “məni sancmayan ilan yüz il yaşasın” düşüncəsi ilə yanaşılsa, hamı üçün çox çətin olacaq”.
Türkiyəli sahibkar indiki halda məcburən səbr edib gözləməli olduqlarını, dövlətin çıxış yolu olaraq atacağı addımların nəticəsinə baxacaqlarını deyir.
Türkiyəli iş adamı baş verən bahalaşma haqda danışarkən belə fikirlər də səsləndirdi ki, Türkiyədə 1999-cu ildə baş verən krizdə 100-dən çox iş adamı özünü asmışdı: “Amma çox şükür, hələ ki, Azərbaycanda belə şeylər barədə eşitməmişik. İnşallah, eşitmərik də. Azərbaycanda ticarətçilərin demək olar ki, hamısı malı xaricdən dollarla alır. Təsəvvür edin ki, bu insanlar nə qədər pul itirdi. İflas olanlar da olacaq. Bunun çıxış yolu olmalıdır. Hökumət yəqin bir çıxış yolu tapar…”
“Sədərək” ticarət mərkəzi Azərbaycanın ən başıbəlalı bazarlarındandır. Burada dəfələrlə baş verən müəmmalı yanğınlar, icarə haqlarının bir neçə dəfə süni şəkildə qaldırılması, bazara giriş-çıxışın ödənişli olması, qar-yağış yağdıqdan sonra yaranan problemlər ticarətçiləri boğaza yığıb. Ticarətçilər bu dəfə də zərbə aldı. Ancaq bu dəfə fərqli yerdən – dolların bahalaşmasından…

 

Previous Post

Dollar “Sədərək”lə “Binə”ni də boşaltdı – FOTOLAR

Next Post

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

Bənzər yazılar

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150...

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Next Post

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

Ali məktəblərə ərizə qəbulunun vaxtı açıqlandı

Son xəbərlər

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08
“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

“ABŞ dialoqu bərpa etmək üçün təhdidlərdən əl çəkməlidir” – Pezeşkian

21 Oktyabr 2026 - 15:00
Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

Mask: “Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər”

21 Oktyabr 2026 - 14:52
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43
Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltmaqdan İMTİNA EDİB

21 Oktyabr 2026 - 14:30
Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

21 Oktyabr 2026 - 14:14
Kobaxidze Azərbaycana gəlir

Kobaxidze Azərbaycana gəlir

21 Oktyabr 2026 - 14:07
“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51
Bu şəxslərə pulsuz torpaq veriləcək

Bu şəxslərə pulsuz torpaq veriləcək

21 Oktyabr 2026 - 13:51
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.