"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rusiya qoşunları irəliləyir, Britaniya müdafiə naziri növbəti hədəfi açıqladı

19 Fevral 2015 - 15:37
in DÜNYA
FacebookVatsap

Rusiya qoşunları irəliləyir, Britaniya müdafiə naziri növbəti hədəfi açıqladıUkrayna Silahlı Qüvvələrinin ölkənin şərqində mühasirəyə alınan Debaltsovo şəhərini tərk etməsindən sonra separatçılar canlı qüvvə və texnikanı Azov dənizi sahilində yerləşən, strateji əhəmiyyətli kommunikasiya qovşağı olan Mariupol şəhəri isiqamətində cəmləşdirir.

Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin ağır döyüşlərdən sonra Debaltsovonu tərk etməsimom ardınca separatçılar Mariupol yaxınlığında yerləşən Novoazovsk şəhəri istiqamətində mövqelərini gücləndirirlər.

Bunu da oxuyun

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Həmçinin bu istiqamətdə atışmalar intensivləşib. Baxmayaraq ki, Debaltsovonun təslim edilməsindən sonra cəbhə boyu döyüşlər səngiyib və indi tərəflər Minsk razılaşmasının şərtlərinə uyğun olaraq ağır silahları 25 kilometr geri çəkməlidir.

Lakin Minsk razılaşmasının yerinə yetiriləcəyinə dair ciddi şübhələr qalmaqdadır. Bu gün “Normand dördlüyü”nün iştirakçıları – Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında Minsk razılaşmasının yerinə yetirilməsinə dair dördtərəfli telefon danışıqları gözlənilir.

Ukrayna prezidenti P.Poroşenko bu danışıqlar ərəfəsində Qərbi Rusiya ilə Ukrayna sərhədinə sülhməramlı qüvvələr yerləşdirməyə çağırıb. Rəsmi Moskva və Donbass separatçıları isə dərhal bunu Kiyevin Minsk razılaşmasını pozmaq niyyəti ilə əsaslandırıblar. Çünki Minsk razılaşmasında sərhəddə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulmur. Atəşkəsə riayət edilməsinə ATƏT, separatçıların “milis dəstələri” və Ukrayna tərəfindən təşkil olunan birgə patrul nəzarət etməlidir.

Əslində atəşkəs razılaşmasına baxmayaraq Debaltovo şəhərinin ələ keçirilməsi bu razılaşmanın işləmədiyinin sübutudur. İndi Ukrayna ordusunun növbəti ağır məğlubiyyətindən sonra separatçılar yeni hücuma başlasa, bu, Mariupol şəhərinin itirilməsi ilə nəticələnə bilər.

Analitiklərə görə, bu hücum əməliyyatını gələn ay gözləmək lazımdır. O vaxtacan separatçılar Kiyevin atəşkəsə əməl etmədiyinə dair sübutlar toplamağa çalışacaq.

Qərb mətbuatı isə yazır ki, Rusiyanın əldə etdiyi qələbə Ukrayna üçün  kortəbii qaçışa çevrilməkdədir.

“Vladimir Putinin Ukraynada son qələbəsi kortəbii qaçışla müşayiət olunur. Çərşənbə günü səhər Ukrayan qüvvələri sarsıdıcı məğubiyyətə uğrayaraq atəş altında Debaltsovoni tərk ediblər. Bu da başda Pyotr Poroşenko olmaqla Kiyev hökumətinin onsuz da kövrək olan mövqelərini daha da laxladacaq”- deyə “The Washington Post” redaksiya məqaləsində yazır.

“Bəs cəmi bir neçə gün əvvəl təntənəli şəkildə Minsk razılaşmasının yerinə yetirilməyəcəyi halda Rusiyanın buna görə cavab verməli olacağını elan edən Qərb liderləri nə edirlər?”- deyə məqalədə sual olunur.

Qəzet yazır ki, Almaniya kansleri Angela Merkelin Debaltsovonun alınmasını Minsk razılaşmasının birbaşa pozulması kimi dəyərləndirən bəyanatı ilə hamı razılaşır. Ancaq Rusiyanı məsuliyyətə cəlb etmək üçün heç bir praktiki hərəkət müşahidə edilmir.

“Prezident Obama az əvvəl öyünürdü ki, o, Rusiyaya qarşı Avropa ilə Amerikanın kollektiv cavab tədbirlərinə başçılıq edir. Ancaq ötən həftə Angela Merkel və Fransua Olland Ukraynanın şərqini Putinə təslim etmək barədə razılaşanda Obama kənara çəkilmişdi. Üstəlik Debaltsovonun təslim olması ərəfəsində Avropa İttifaqı Rusiyaya qarşı yeni əhəmiyyətsiz sanksiyaları elan edəndə Obama heç buna da qoşulmadı” -deyə qəzet ABŞ prezidentini tənqid edir.

“The Washington Post” qeyd edir ki, indi ola bilsin ukraynalılar Obamanın strateji səbrinin daşması üçün daha neçə regionun Rusiya qoşunlarının nəzarətinə keçməli olduğunu təxmin etməyə çalışırlar.

İspaniyanın “Le Temps” qəzetinin məqaləsində də deyilir ki, Debaltsovonun təslim edilməsi Ukrayna üçün sarsıdıcı məğlubiyyətdir. Minsk danışıqlarında Putin qəsdən israr etdi ki, atəşkəs dərhal yox, dörd gün sonra qüvvəyə minsin. Çünki Rusiya prezidenti separatçıların Debaltsovonu ələ keçirməsinə şərait yaratmaq istəyirdi.

“Bunu etmək üçün separatçılara dörd gün bəs etmədi, bir həftə lazım oldu”- deyə qəzet yazır.

Bəs Kreml cəbhənin bu hissəsinı niyə belə önəm verirdi?

“Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov deyir ki, bunu sırf hərbi məntiqlə izah etmək lazımdır. Axı separatçıların qələbənin iki addımlığında olduğu bir vaxtda yarı yolda dayanmaq olardımı? Debaltsovo Ukraynanın şərqində mühüm nəqliyyat qovşağıdır və Luqansk vilayəti ilə Donetsk vilayətinin arasında yerləşməklə Donbassın tamamilə nəzarət altına alınması planlarına mane olurdu.

“İndi ancaq onu təxmin etmək qalır: separatçılar bu qələbə ilə kifayətlənəcək, yoxsa Qərbə doğru hücumlarını davam etdirərək Mariupol limanına istiqamət alacaqlar?” – məqalədə belə deyilir.

Mariupol şəhərinin alınması Rusiyanın ötən ilin yazında ilhaq etdiyi Krımla birbaşa quru və dəniz əlaqəsini təmin edərdi.

Lakin Rusiyanın planlarından qorxuya düşən Qərbdə deyəsən, nəinki Mariupolun, ümumən bütöv Ukraynanın itirilməsi təhlükəsi ilə barışıblar. İndi Qərb paytaxtlarında Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağını təxmin etməyə çalışırlar. Və çox narahatdırlar ki, növbəti hədəf birbaşa NATO blokunun üzvlərindən biri olacaq.

“The Times” qəzetinin yazdığına görə, Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Ukrayna böhranı başlayandan bəri Rusiyanın ünvanına heç bir britaniyalı nazirin danışmadığı qədər sərt danışıb.

M.Fellon deyib ki,  prezident Putin Baltik ölkələrinə “real, açıq-aşkar üzdə olan” təhdid təşkil edir. NATO isə Rusiyanın istənilən təcavüzünün qarşısını almağa hazırlaşır. Nazir daha da irəli gedərək Rusiya liderinin İŞİD qədər böyük təhlükə olduğunu deyib.

Bəs Böyük Britaniya və onun müttəfiqləri Moskva ilə müharibəyə hazırdırmı?

M.Fellon cavab verib: “NATO hazırlaşır. NATO hansı formada baş verməsindən asılı olmayaraq Rusiya tərəfindən yönələn istənilən təcavüzə cavab verməlidir”.

Nazir Böyük Britaniyanın Şərqi Avropadakı NATO bazalarına hərbçilərini göndərəcəyini açıqlayıb. M.Fellon Rusiyanın Baltik ölkələrindən ən azı birinə qarşı Krımda və Donbassda tətbiq edilən hibrid müharibə taktikasını tətbiq etməyə hazırlaşdığına dair ciddi təhlükənin olduğunu deyib.

Lakin Qərb liderləri və onların müdafiə nazirləri Rusiyanı sözlə qorxutmaq cəhdlərindən uzağa gedə biləcəklərmi? Axı onların qətiyyətsizliklərinə, yaxud dostlarını çox asanlıqla satmaqlarına dair çoxsaylı nümunələr mövcuddur. Həm də keçmiş sovet respublikalarında…

Previous Post

Rusiya qoşunları irəliləyir, Britaniya müdafiə naziri növbəti hədəfi açıqladı

Next Post

Elmar Qasımov istefa verdi

Bənzər yazılar

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19

Çin artıq Rusiya, ABŞ və Çin liderlərinin görüşünün hazırlanması ilə məşğuldur və əlverişli şərait yaranacağı təqdirdə bu görüşü Şençjendəki (APEC)...

Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ukrayna Milli Bankının rəhbəri istefa verib

21 Oktyabr 2026 - 16:48

Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnı səhhətini əsas gətirərək öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazıb. Elchi.az xəbər...

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun...

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər "Qrem qanunu" ilə nəzərdə tutulan Rusiya əleyhinə sanksiyalarını tətbiq etsəydi, Moskva Şəhər...

Next Post

Elmar Qasımov istefa verdi

Amerikalı ekspert: "ABŞ Azərbaycanla bağlı ikiüzlü siyasət yürüdür"

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59
“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

21 Oktyabr 2026 - 17:45
İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.