"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Gənclərimizi İŞİD-ə göndərənlərin maliyyəsi məhv ediləcək“

31 Oktyabr 2014 - 17:03
in MÖVQE
FacebookVatsap

“Radikal qruplar bu gün bir məscidə toplaşıb mesajlarını verirlər, sabah başqa bir fuyifikməscidə. Deməli, bunları kimlərsə hansısa mərkəzdən nizamlayır”

Bunu da oxuyun

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

“Radikal qruplar bu gün bir məscidə toplaşıb mesajlarını verirlər, sabah başqa bir məscidə. Deməli, bunları kimlərsə hansısa mərkəzdən nizamlayır”

– Son çıxışlarınızın birində bəzi məscidlərin mənsub olduğu dini icmaların qeydiyyatsız fəaliyyət göstərdiyini, onlarla bağlı qərarların veriləcəyini bildirmişdiniz. Qeydiyyata alınmayan dini icmalar sırasına “İlahiyyat” və “Əbu Bəkr” məscidlərinin məxsus olduğu icmalar da var. Hazırda bunlarla bağlı hansı qərarlar verilir?

– Hələ ki, onlardan heç bir icma qeydiyyat üçün bizə müraciət eləməyib. Məscidlərin idarəçiliyi əslində bu gün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir. Biz yalnız icmaları qeydiyyatdan keçiririk. Bu gün Azərbaycanda 2050 məscid var. Məscidlərin də mütləq əksəriyyəti tikinti olaraq bələdiyyələrin balansındadır. Bir qisim məscidlər var ki, onlar tarixi abidə kimi Mədəniyyət Nazirliyinin nəzdində, bəziləri qoruq ərazilərinə düşdüyü üçün həmin qoruğun aid olduğu idarənin nəzdindədir.

“İlahiyyat” məscidi məscid olaraq fəaliyyət göstərir və ora QMİ tərəfindən qanuni imam təyin olunub. Orada qanunsuz fəaliyyət ondan ibarətdir ki, icma qeydiyyata alınmayıb. Bizim tövsiyəmiz orada ayrıca icmanın qeydiyyatdan keçməsi ilə bağlıdır. Bu proses də hazırda gedir. Sadəcə, “İlahiyyat” məscidi ilə bağlı belə bir problem var ki, o, yataqxanaların əhatəsindədir və bu məscidin tutumundan artıq buraya başqa yerlərdən gələnlər var. Biz onlara dəfələrlə demişik ki, şəhərin başqa səmtlərindən buraya axışaraq süni sıxlıq yaradırlar. Bunu etməsinlər. Biz onu da dəqiqləşdirmişik ki, bu məscidə gələrək süni sıxlıq yaradanlar radikal dini qrupların nümayəndələridir. Əlbəttə, bu yerlərə gələnlərin hamısını radikal adlandıracaq düşüncədə deyilik. Amma bizim monitorinqin nəticələri göstərir ki, buraya süni şəkildə başqa yerlərdən adamlar bayram və cümə namazları vaxtı gələrək nəsə göstərmək, eləmək istəyirlər. Onlar radikal qrup olaraq bir növ mesaj vermək istəyirlər. Biz monitorinqi bütün məscidlərdə aparırıq. Görünən də o olur ki, bu radikal qruplar, məsələn, bu gün “İlahiyyat” məscidinə toplaşıb mesajlarını verirlər, sabah başqa bir məscidə toplaşırlar. Deməli, bunları kimlərsə hansısa mərkəzdən nizamlayır. “İlahiyyat”da da bu problem var. Dəfələrlə orada yaşayan sakinlər də müraciət edib, tutumdan kənar gələn adamlarla bağlı narazılıqlarını bildiriblər. Ona görə də bu məscidlə bağlı fikrimiz odur ki, o ətrafda yaşayan insanların vəziyyətini, orada yaranan avtomobil tıxacını nəzərə almalıyıq və süni sıxlıq yaratmaq istəyənlərə tövsiyə edirik ki, öz yaşadıqları ərazilərdəki məscidlərdə də ibadətlərini edə bilərlər, nəinki şəhərin o başından bu başına gələrək sıxlıq yaradırlar.

“Əbu Bəkr” məscidinə gəldikdə, orada bu dediyim hallar o vaxt özünü büruzə verib. Həmin qruplar ki, bu gün “İlahiyyat” məscidi ətrafında sıxlıq yaradırlar, eyni taktikanı vaxtilə “Əbu Bəkr” məscidində həyata keçiriblər. Nəticədə hətta orada xoşagəlməz məlum fitnəkarlığa da yol verildi. Ona görə də bu məscidlə bağlı fikrimiz ondan ibarətdir ki, əvvəlcə o məscid ətrafında təhlükəsizlik məsələləri tam həllini tapmalıdır və bu istiqamətdə də işlər gedir. Oradakı dini icmanın qeydiyyatı ilə bağlı bizə onlardan hələ rəsmi müraciət daxil olmayıb. Şəxsən mənim rəhbərliyim dövründə müraciət olmayıb. Əvvəllər olub-olmaması ilə də bağlı araşdırmaq lazımdır.

– Bu sırada “Aşurbəy” məscidinin idarəsini həyata keçirən “Samur dindarları” dini icması da var ki, onların adı mətbuatda bir ara azərbaycanlıların Suriyaya göndərilməsi ilə bağlı çəkilirdi. İcma sədri isə dəfələrlə qeydiyyatla bağlı QMİ və Dini Komitədən narazılıqlarını ifadə edib….

– Ümumiyyətlə, dini icmaların qeydiyyatı ilə bağlı onu deyim ki, onlar əvvəlcə sənədlərini QMİ-yə göndərirlər, biz qeydiyyata alırıq. Burada da hansısa dini icmanın qeydiyyatına süni maneçilikdən söhbət gedə bilməz. İcmanın yaradılmasının tələbləri var, kim o tələbləri yerinə yetirə bilirsə, sənədləri yerində olursa, o icma qeydiyyata alınır. İcma bəzən ona görə qeydiyyata alınmır ki, sənədlərində çoxlu səhvlər olur. O səhvlər ucbatından sənədlər geri qaytarılanda icmaya rəsmi məktubla bu da izah olunur.

O ki qaldı dediyiniz məscid və daha hansısa məsciddə insanların din adı altında əsgər kimi başqa ölkələrə terrorçu qruplara qoşulmaq üçün göndərilməsi, yaxud bu kimi niyyətlə adamlar toplanması, bu təbii ki, qadağandır, yolverilməzdir. Bununla bağlı qanunvericiliyimizdə də sərt cəzalar yer alıb. Azərbaycanda buna qarşı çox ciddi mübarizə gedir. Xüsusilə əgər bunu məscidlərdə kimlərsə təbliğ edirsə, istər-istəməz hüquqi məsuliyyət daşıyır. Bunu edənlər qanun qarşısında cavab verməli olurlar və verəcəklər. Əgər icmanın bu işlə məşğul olması aşkarlanarsa, o icma tamamilə ləğv olunacaq, məsciddə imamın bu işdə rolu aşkarlanarsa QMİ tərəfindən o geri çağırılıb ölçü götürüləcək. Azərbaycanda heç vaxt indiyə kimi din pərdəsi altında qarışıqlıq yaranmayıb, sadəcə, epizodik hadisələr olub. Bu epizodik hadisələr də ətrafımızdakı ölkələrdə baş verənlərlə müqayisədə heç görünməyən hadisələrdir. Yəni bu baxımdan ölkəmizdə sabitlikdir. “Samur dindarları” dini icması ilə bağlı isə bizim Bakı şöbəmiz məşğul olur. Əgər onların fəaliyyətində qanunsuzluq aşkarlanmayacaqsa, müraciət edəcəkləri təqdirdə qeydiyyatlarına baxılacaq.

– Sizdə konkret olaraq hansısa məscidlər barədə məlumat varmı ki, oradakı dini icmalar din uğrunda vuruşmaq adı altında azərbaycanlıların xaricə göndərilməsində iştirak edirlər?

– Şəxsən bizdə hansısa icmanın bütövlükdə bu işlə məşğul olması barədə təsdiqini tapan məlumat yoxdur. Ancaq bəzi icmaların ayrı-ayrı nümayəndələrinin xarici din adı altında adamları terrorçu qruplara qoşulmağa göndərməsi ilə bağlı məlumatlar alırıq. Mən indi onların adlarını çəkmək istəməzdim. Çünki bu, bizim məşğul olduğumuz sahənin alt qatıdır və bununla başqa dövlət qurumları da məşğul olur. Onlar çox peşəkarcasına məşğul olurlar. Bizim yerli şöbələrimizə valideynlər də müraciət edərək bildirirlər ki, övladları müəyyən insanlar tərəfindən öyrədilərək xarici terror təşkilatlarına qoşulmağa göndərilir. Biz dəfələrlə yerlərdə bu və ya digər təriqətə mənsub dindarlarla görüşəndə bildiririk ki, əgər gənclərimizə döyüşmək lazımdırsa, bunun üçün bizim öz cəbhəmiz var, bu, işğal olunmuş torpaqlardır. Gedib o cəbhədə döyüşsünlər. Gedib indi Qarabağda müqaviləli zabit kimi, hansısa hərbi rütbə ilə ordumuzda xidmət etmək elə əsl döyüşdür. İraqa, Suriyaya gedib hansısa ərəb komandirinin komandasına, hansısa yad komandaya boyun əymək yaxşıdır, yoxsa öz vətəninə, öz ailənə xidmət etmək?

– Son çıxışlarınızın birində vurğuladınız ki, İŞİD terror təşkilatında iştirak edənlər arasında azərbaycanlılar ən azlardandır. Amma bir müddət əvvəl Azərbaycanda bununla bağlı həyəcan təbili çalınırdı…

– Bəli, bizdə bununla bağlı xeyli profilaktik işlər aparıldı, tədbirlər görüldü. Xüsusilə qanunvericiliyə bununla bağlı edilən son dəyişiklikdən sonra bu tədbirlər daha da intensivləşdi. Bütün bunlar təbii ki, çəkindirici rol oynadı. Məsələn, qanunvericiliyə edilən son dəyişiklikdən sonra kimsə gedib xaricdə terror təşkilatına, yaxud döyüşlərə qoşulub geriyə qayıtdıqda, burada mütləq cəzalandırılır. Oralara gedənlərin faciəvi sonluğu hər kəsin gözü önünə gəlir. Ona görə də bütün bunlar nəticə verib.

– Qafqaz Müsəlmanları İdarəsində keçirilən son tədbirdə bildirdiniz ki, radikal dini qrupların iqtisadi dayaqları məhv edilməlidir. Azərbaycanda bununla bağlı hansı tədbirlər görülür?

– Bu dini radikal qruplar həm ekstremizmə, həm də terrorizmə meyllidirlər. Onlar da bunu təbii ki, müxtəlif formada yaratdıqları iqtisadi baza vasitəsilə həyata keçirirlər və bunlar Azərbaycanda da var. Biz çox məlumat alırıq ki, onların dükanları, hətta böyük ticarət obyektləri var. Düzdü, biz hesab edirik ki, bəli, vətəndaşın mülkü, əmlakı toxunulmazdır. Bu öz yerində. Hər zahiri görkəmini dəyişib dükan açanı da radikal saymırıq. İnsan ola bilər zahiri görkəmində dəyişiklik eləsin. Amma hələ tam o bataqlığa düşməyib. Müxtəlif aidiyyəti qurumlar vasitəsilə biz əvvəlcə araşdırırıq ki, onlar bu dükanlardan əldə etdikləri qazancı öz ailələrinə, həyatlarına, yaxud digər şəxsi işlərinə, yoxsa hansısa radikal qruplaşmanın yaranmasına, yaxud zərərli məqsədlərə sərf edirlər. Əvvəlcə bunu araşdırmaq lazımdır. Ola bilər, zahiri görkəmini dəyişən və dükan işlədən o şəxs hansısa təsir altına düşüb, amma hələ tam radikal olmayıb. Məsələn, Xaçmazda belə biri vardı. Biz onunla söhbət, izahat işi apardıq, axırda özü o yoldan qayıdıb səhvini anladı. İndi normal həyatını yaşayır.

Ola bilər, onların “Sədərək”, “Binə” ticarət mərkəzlərində və digər yerlərdə obyektləri var. Amma bu o demək deyil ki, kütləvidir və hamısı radikal məqsədə xidmət edir. Təsir altına düşənlərin hamısını hələ tam radikal hesab etmək olmaz. Onlarla işləmək, izahat aparmaq lazımdır. Mən ərazilərə gedəndə onların o obyektləri ilə də maraqlanmışam. Bəli, məlumat var ki, onlar arasında artıq əldə etdikləri vəsaitdən radikal mərkəz yaradaraq yeni üzvlər cəlb edirlər və sair. Bununla da təbii ki aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək. Biz bu sahədə ədəbiyyatların, hansısa nəşrlərin satışına da nəzarət edirik. Yalnız icazə verdiyimiz yerlərdə ədəbiyyatlar və yaxud buna aid məmulatlar satıla bilər. Arzu olunmayan, dini təfriqəyə yol verən ədəbiyyatların təbii ki, satışı dayandırılır. Məsələn, bəzi ölkələr var ki, orada faşizmi təbliğ edən kitabları satmaq olmaz, eyni zamanda bu, Azərbaycanda da olmaz. Bütün dini, milli baxımdan təfriqəyə xidmət edən nəşrlərin satışı qadağandır.

Belə faktlar aşkar olunan kimi biz bunu aidiyyəti qurumlara yönəldirik. Eyni zamanda səlahiyyətimizə uyğun olaraq radikallarla söhbət aparıb onları bu yoldan çəkindirməyə də çalışırıq.

– Azərbaycanda yas mərasimlərində israfçılığa qarşı ictimai kampaniya aparılır. Sizin də bu israfçılıqla bağlı sərt mövqeyiniz oldu, amma QMİ-nin məsələyə mövqeyi bir az fərqli oldu…

– Yas və toy mərasimlərində müəyyən dəyişikliklərin edilməsi cəmiyyətin özünün tələbatıdır. İqtisadi imkanlarımızın artması nəticəsində həm toylarda, həm yaslarda ifrat dərəcədə israfçılıq özünü büruzə verməyə başlayıb. Bütün bunlara görə də cəmiyyətin tələbatı kimi burada bir nizam intizam yaradılması çağırışları eşidilməyə başladı. Özü də bu çağırışları ziyalılar, deputatlar və elə din xadimləri özləri ediblər. Bu da öz təsirini göstərdi. Elə QMİ özü də bununla bağlı fətvalar verib. Orada israfçılığa qarşı mübarizə əksini tapıb və tövsiyələr edilib. Artıq öz təsirini göstərib. Vaxtilə elə rayonlar vardı ki, 40 gün qapıdan çadır yığışdırılmırdı. Amma artıq hər şey qaydasına düşür. İndi yalnız üç və qırx mərasimi keçirilir, ehsanların verilməsində israfçılıq yığışdırılır. Adətlərimiz müsbətə doğru dəyişir.

Bu məsələdə bizim Qafqaz Müsəlmanları İdarəsi ilə fikrimizdə əslində heç bir fərq yoxdur. Onlar 2011-ci ildə yaydıqları bəyanatı bu günlərdə yenidən yaydılar. O bəyanatda deyilənlər bizim dediklərimizdən qəti fərqlənmir.

Şeyxülislam özü də israfçılığın əleyhinədir. Biz hətta hesab edirik ki, bələdiyyələrin balansında yas mərasimlərinin keçirilməsi üçün yerlər hazırlana bilər və çadır qurmağa da ehtiyac qalmaz. Çox ucuz vəsaitlə həmin yerlərdə yas mərasimləri keçirilər.

– Bu gün həbsdə olan bəzi şəxslər həbslərini dini fəaliyyətləri ilə əlaqələndirirlər. Bununla bağlı nə deyə bilərsiniz?

– Azərbaycanda vətəndaşları dindar və qeyri-dindar qruplara bölməyi şəxsən mən düzgün hesab etmirəm. Var din xadimləri, var əhali. Din xadimləri fəaliyyətində dini işləri yerinə yetirənlərdir. Həmin din xadimliyi qanuna görə ona imkan vermir ki, siyasi fəaliyyətlə məşğul olsun. Amma dindar insana heç bir yasaq yoxdur. Din dövlətdən ayrıdır. Azərbaycanda, ümumiyyətlə, siyasi məhbus yoxdur. Vətəndaş olaraq qanunvericiliyin tələblərini pozduqlarına görə məhkum olunan insanlar var. Həbs olunanlardan hansısa biri dini iyerarxiyada da yer almır. Onlar konkret maddələr üzrə cinayət əməllərinə görə həbsdədirlər. Gələk onlar arasındakı İslam Partiyası deyilən təşkilatın rəhbərinə. O partiya heç qeydiyyatdan da keçməyib. Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun din adı altında partiya yaratmağa icazə vermir. Çünki Azərbaycan Konstitusiyasında din dövlətdən ayrıdır. Ona görə də Azərbaycanda din xadimi, dini partiya lideri adı altında həbs olunmaqdan danışanda əvvəlcə bunu araşdırmaq lazımdır ki, o, həqiqətən din xadimidirmi? Hansısa dini vəzifə daşıyırmı? Biz əqidəsinə, fikrinə görə heç kimi təqib etmirik. Əgər buna görə həbs olsaydı, onda başqaları da həbsdə olardı. İdeyalarına, yazılarına, fikirlərinə görə təqib yoxdur. Ona görə də o ittihamlar əsassızdır. (aznews.az)

Previous Post

“Gənclərimizi İŞİD-ə göndərənlərin maliyyəsi məhv ediləcək“

Next Post

Hüquq müdafiəçiləri açıqlama verdilər

Bənzər yazılar

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan "töhmət və qışqırıq"...

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

Rubio: Qəzzanın 70%-ni işğal etmək planı ABŞ planının bir hissəsi deyil

03 İyun 2026 - 11:00

ABŞ Dövlət Katibi Marko Rubio dedi: "İsrailin Qəzzanın 70%-ni işğal etmək planı Prezident Donald Trampın 20 maddəlik sülh planının bir...

Next Post

Hüquq müdafiəçiləri açıqlama verdilər

Hüquq müdafiəçiləri açıqlama verdilər

Son xəbərlər

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.