"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Oğlunun Bağırova yazdığı məktub və Həzi Aslanovun təklifi … – Foto

26 Oktyabr 2014 - 22:26
in MARAQLI
FacebookVatsap

Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika1414343895 rəhbərləri arasında yalnız M.C.Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmışdı…

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

 

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi.

 

Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralansa da, təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər… Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü:

 

“Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm! Cavan, sağlam adam olsam da arxa cəbhədə vaxt keçirirəm… Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım… Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin”.

 

Beləliklə, peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı. Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.

 

1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan yeddisini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq təyyarəsini faşist təyyarəsinə vurdu…

 

Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla həlak olması, onun ölümündən sonra “Lenin” ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.

 

1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmim-qəlbdən başsağlığı vermişdi.

 

Ölümündən sonra “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı -Qızıl Ulduz medalı ilə də təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə – Azərbaycana göndərilir.

 

M.C.Bağırov cavabında demişdi:

 

– Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm, “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.

 

N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:

 

– Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi… gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür.

 

Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə “baxarıq” cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbiristanında sinə daşında “Cahangirdən və Mir Cəfərdən yadigar” yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı.

 

Bunu, şəhid oğlun atası Mir Cəfər Bağırov məsləhət görmüşdü…

 

Previous Post

Oğlunun Bağırova yazdığı məktub və Həzi Aslanovun təklifi … – Foto

Next Post

Kobanidə 800 ölü…

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Kobanidə 800 ölü...

Kobanidə 800 ölü...

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.