"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Məşhur siyasətçilərin qalmaqallı açıqlamaları

12 Avqust 2014 - 18:23
in MARAQLI
FacebookVatsap
Siyasət aləmi emosiyaların professional iş həyatına qarışdığı sahədir. Emosiyalarına hakim ola bilməyənimg1617472 təcrübəli siyasətçilər bəzən dahi Taleyranın “dil fikri demək üçün deyil, gizlətmək üçündür” deyimini unudurlar.
Bu unutqanlıq ona gətirib çıxarır ki, bəzən gözünü yumub, ağzını açan siyasətçilərin ittiham, təhqir, sensasiya dolu açıqlamaları necə deyərlər araya qan salır… Belə qalmaqallı açıqlamalar kifayət qədərdir.
Modern.az saytı müasir dünya siyasətçilərinin sərt sözlərdən ibarət açıqlamalarından nümunələr təqdim edir.

Uruqvay prezidenti: “O, qoca ifritədir”

Bu ilin aprel ayında dünyanın ən nümunəvi, yoxsul prezidentlərindən sayılan Uruqvay prezidenti Xose Muxika qalmaqallı bəyanatı ilə gündəmə gəldi.
Belə ki, o, mətbuat konfranslarından birinin fasiləsi zamanı qarşısındakı mikrofonun sönülü olduğunu zənn edib və argentinalı həmkarı, xanım Kristina Kirşner barədə sərt ifadələr işlədib.
“Bu qoca ifritə o biri çəpgözdən daha betərdi”, – deyə Muxiko öz köməkçisinə müraciətində Argenitinanın xanlm prezidenti haqqında demişdi.
Jurnalistlər müəyyən etmişdilər ki, bu sözlər Argentina prezidenti Kiristina Kirşnerə, “çəpgöz” ifadəsi isə onun mərhum həyat yoldaşı, sol gözündə həqiqətən çəpgözlük olan Nestor Kirşnerə ünvanlanıb.
Uruqvay prezidenti qadın həmkarının ölkəsində keçirdiyi sosial islahatlardan daim narazılığını ifadə edirdi. İki ölkə arasında münasibətlər qarşılıqlı notaların verilməsinə qədər gərginləşmişdi.
Sonda Muxika geri addım ataraq, səsləndirdiyi fikirləri Kirşnerə ünvanlamadığını bildirdi.

Aleksandr Lukaşenko: “Barrozo keçidir”

Belarusun əvəzsiz və çoxillik prezidenti, “Avropanın sonuncu diktatoru” adlandırılan Aleksandr Lukaşenko ondan demokratik islahatlar tələb edən Avropa Birliyini daim sərt tənqidlərə tutur. Belə sərt çıxışlarının birində Lukaşenko Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozonu keçi adlandırmışdı.
“Barrozo və digər keçilərə gəldikdə, kimdir axı Barrozo? Portuqaliyada bir Barrozo var idi, onu da Avropa Komissiyasına düzəltdilər. Avropa məmurlarından kimin “qatıqladığını izləmirəm”. Onların sayı minlərlədir”, – deyə Lulaşenko sərt açıqlama vermişdi.
Onun Barrozoya qəzəblənməsinə səbəb isə Avropa komissarının Kiyevdə keçiriləcək nüvə təhlükəsizliyi sammitinə gəlmək qarşılığında Belarus prezidentini orada görmək istəməməsi idi.

Uqo Çaves: “Dünən bu kürsüdə iblis var idi”

Ötən il dünyasını dəyişən Venesuela prezidenti Uqo Çaves isə anti-amerikan bəyanatları ilə daim gündəmdə olub.
2006-cı ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Çaves ondan bir gün öncə bu kürsüdə çıxış edən amerikalı həmkarı Corc Buşu tənqid atəşinə tutmuşdu: “İblis, insan cildinə girmiş iblis, bu binadadır. Düz bu yerdə. Mən hələ də kükürd iyini hiss edirəm. ABŞ prezidenti insan cildinə girmiş iblisdir. O bizə həyatı öyrədir, özünü dünyanın hökmdarı kimi aparır. Ona psixiatr lazımdır. Onun diaqnozu Hiçkokun filmlərindəkindən də ciddidir”.
Qeyd edək ki, bundan öncə Çaves rəsmi müsahibələrində Corc Buşu “uzunqulaq”, “əyyaş” və “qorxaq” adlandırmışdı.

Vladimir Jirinovski: “Uralda debillər yaşayır”

Sayı-hesabı bilinməyən qalmaqallarda adı hallanan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski qeyri-ciddi imici və məsuliyyətsiz açıqlamalı ilə daim tənqid olunub. Belə qalmaqallardan biri siyasətçinin 2001-ci ildə “Komsomolskaya qazeta”ya verdiyi müsahibəsi zamanı yaşanıb. Müsahibə zamanı siyasətçi Rusiyanın Ural bölgəsinin sakinlərini “debil” (ağıldankəm) adlandırır.
“Uraqlda ancaq debillər yaşayır. Permdən Yekaterinburqa qədər dəhşətli vəziyyətdir. Onlar debilləşiblər. Camaat orda sağlamdır, amma intellektual baxımdan yoxlasan, hamısı axmaqdı”.
Jirinovski Şimali Qafqaz sakinləri barədə də sərt açıqlamala ilə diqqəti cəlb etmişdi.
“Şimali Qafqazda evlər, iş yerləri tikdik. Onlar isə əvəzində 5-10-15 uşaq doğacaqlar. Onda bütün Rusiya gərək Qafqaza işləsin. Ruslarsa ac və lüt qalsınlar? Ona görə onlarda orta uşaq sayı 1-2 uşaq olmalıdır. 3-cü uşağa görə cərimə təyin olunmalıdır. İstəmirlər, məcbur edərik. İstəmirlər, tikanlı məftillərlə əhatə edərik. İstəmirlər, hər yeri bağlayarıq, yaşayarlar öz qapalı ərazilərində”, – deyə siyasətçi bəyan etmişdi.

Silvio Berluskoni: “Obama Günəş altında çox qalıb, ona görə qaralıb”

2009-cu ildə qalmaqallı italyan siyasətçi Silvio Berluskoni ABŞ prezidenti Barak Obamaya zarafatla “günəş altında çox qalıb, ona görə qaradı” deməsi italyan cəmiyyətində onun irqçilikdə ittiham olunması ilə nəticələnmişdi.
Berluskoni isə əvəzində zarafatını çox uğurlu hesab etdiyini və üzr istəmək niyyətində olmadığı bildirmişdi. Bundan öncə və sonralar da o publikanı öz qeyri-etik sözləri ilə heyrətləndirirdi.
Məsələn, o “amerikalılar İtaliyaya çox pul yatırmalıdır, çünki italyan katibələr çox yaraşıqlı olur”, “italyan qadınlarını zorlamadan qorumaq üçün 10 minlərlə əsgərə ehtiyac var” kimi açıqlamaları ilə tənqid hədəfinə çevrilirdi.

Hafiz Hacıyev: “Sizə qan uddurajam!”

Qeyd edək ki, Azərbaycanda da belə qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn siyasətçi var: məsələn, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev. Doğrudur, yuxarıda adları çəkilən simalarla müqayisə etdikdə Hafiz Hacıyev dünya miqyaslı siyasətçi deyil və onu Azərbaycandan kənarda tanımırlar, amma yenə də MMP sədrini bu siyahıya daxil etmək olar.
Hafiz müəllim öz rəqibləri barədə tez-tez az qala araya qan sala biləcək açıqlamalar verir. O, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, sabiq baş nazir Pənah Hüseyn, bəzi nazirlər və məmurlar haqqında elə açıqlamalar verib ki…
Hafiz Hacıyevin sonuncu gurultulu açıqlamaları keçən ilin payızında Azərbaycanda keçirilən prezident seçkiləri dövrünə təsadüf edir.  Onun Cəmil Həsənlinin timsalında müxalifətə ünvanladığı “Hamınızı qırajam, sizə qan uddurajam!” ifadəsi uzun müddət sosial şəbəkə istifadəçilərinin, statuslarından, şərhlərindən, ictimaiyyətin dilindən düşmədi…

 

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Previous Post

Məşhur siyasətçilərin qalmaqallı açıqlamaları

Next Post

İŞİDİ-i Amerika yaradıb? – Hillari Klinton yazır ….

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

İŞİDİ-i Amerika yaradıb? – Hillari Klinton yazır ....

İŞİDİ-i Amerika yaradıb? – Hillari Klinton yazır ...

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.