Bəşəriyyətin Aya ilk dəfə ayaq basmasından yarım əsrdən çox vaxt keçib, amma biz yeni bir dövrün astanasındayıq. NASA-nın Artemis proqramı Ayı görünməmiş dərinlikdə öyrənmək üçün ilk Ay kosmik stansiyasını qurmağı hədəfləyir. Bu təşəbbüs həmçinin Marsın tədqiqi üçün bir addım olacaq.
Elchi.az xəbər verir ki, 1969-cu ilin iyul ayında Neil Armstronqun “Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır” sözləri bütün dünyada əks-səda verdi.
NASA-nın Apollo proqramı insanları Ay səthinə endirməyə müvəffəq oldu, kosmik tədqiqatlara marağı artırdı və bir nəsli elm yolunda ruhlandırdı.
İndi isə Artemis proqramı ilə NASA yeni nəsli həyəcanlandırmağı hədəfləyir.
Apollonun əkiz bacısı artemis
Yunan mifologiyasında Apollonun əkiz bacısı Artemisin adını daşıyan bu proqram sələfinin surəti deyil.
Proqram tarixdə ilk Ay kosmik stansiyasını inşa edəcək.
Bu, uzunmüddətli tədqiqatlara imkan verəcək və gələcəkdə insanların Marsa göndərilməsi üçün yol açacaq. Bundan əlavə, bu missiyalar bir qadının və qaradərili kişinin Aya ilk dəfə ayaq basması ilə əlamətdar olacaq. Planetar alim professor Sara Rassel, proqramın cəmiyyətə təsirini vurğulayaraq, Apollon missiyalarından sonrakı böyük həyəcanın Artemis ilə yenidən canlanacağını bildirir.
Şayəstə





















