SPD millət vəkili Axmetoviç Merzi Putinlə birbaşa danışıqlar aparmağa çağırdı.
Elchi.az xəbər verir ki, SPD parlament qrupunun xarici siyasət üzrə sözçüsü Adis Axmetoviç “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə Almaniya kansleri Fridrix Merz və Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqlara çağırdı.
Onun sözlərinə görə, danışıqlar prosesində indiyə qədər “az irəliləyiş” əldə edilib və avropalılar danışıqlar masasında deyillər. Siyasətçi “bunun davam edə bilməyəcəyini” və yeni yanaşmalara ehtiyac olduğunu vurğuladı. Bu, “Rusiya ilə diplomatik əlaqələrin hansı səviyyədə və kim tərəfindən aparılmalı olduğunu aydınlaşdırmaq” deməkdir.
Bundestaq üzvü hesab edir ki, kansler Fridrix Merzin bu məsələdə daha çox cəsarət göstərməsi lazımdır.
“Almaniya hökumətinin danışıqlar masasında möhkəm bir yerimizi bərpa etməyə imkan verəcək bir strategiyanın necə görünə biləcəyini nəzərdən keçirmək üçün Avropa dövlətləri və müttəfiqləri ilə işləməsini gözləyirəm” – Axmetoviç deyib.
15 yanvarda Almaniya kansleri Fridrix Merz Rusiyanı “Avropanın ən böyük qonşusu” adlandırdı. O, Aİ-nin Moskva ilə münasibətlərində tarazlığa nail ola biləcəyinə ümid etdiyini bildirdi. Ötən il Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri ilə danışıqlara hazır olduğunu bildirmişdi.
Şayəstə





















