İsrail qüvvələri Qəzza şəhərinin eyniadlı Fələstin anklavında yerləşən əl-Tuffah məhəlləsini atəşə tutub, zolaqda atəşkəsə baxmayaraq.
Elchi.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, nəticədə dörd fələstinli həyatını itirib, daha bir neçə nəfər isə yaralanıb. Yaralıların dəqiq sayı açıqlanmır.
Fələstinin HƏMAS hərəkatı baş verənləri pisləyib. Hərəkatın “Telegram” kanalında yayımlanan açıqlamada nümayəndə Hazem Qasim İsrail tərəfini əldə olunmuş razılaşmaları “kobud şəkildə pozmaqda” və Qəzzada yekun atəşkəsə nail olmaq cəhdlərini pozmağa çalışmaqda ittiham edib.
Məryəm





















