"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət edib

27 Yanvar 2026 - 18:16
in CƏMİYYƏT
FacebookVatsap

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə əhaliyə müraciət edib.

Bunu da oxuyun

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Elchi.az xəbərinə görə, müraciətdə bildirilib ki, hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir. Çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir:

“Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır. Hər bir bədbəxt hadisə bir ailənin faciəsidir və bunun qarşısını almaq üçün qeyd olunan qaydalara ciddi əməl olunmalıdır”.

Müraciətdə aşağıdakılara diqqət yetirilməsi vurğulanır:

Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (Kombi, Ariston, “Pyatiminutka”): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir! Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (Aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

Bundan başqa, zəhərlənmənin əlamətləri barədə də xəbərdarlıq olunub. Bildirilib ki, aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırılmalıdır:

Şiddətli baş ağrısı və başgicəllənmə;

Ümumi zəiflik, ürəkbulanma və qusma;

Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

Sinə ağrısı və huşun itirilməsi.

“Unutmayın, dəm qazı görünməz və təhlükəlidir! Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir”, – müraciətdə deyilir.

O da bildirilib ki, təqdim olunan fotolarda təcrübədə dəm qazı zəhərlənmələrinə ən çox səbəb olan, qeyri-standart və texniki baxımdan ciddi təhlükə mənbəyi olan qaz cihazlarının nümunələri əks olunub: “Mənzilinizdə bu cür cihazlar varsa, töysiyə edirik dərhal mütəxəssis baxışının keçirilməsini təmin edəsiniz”.

Baş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət edibBaş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət edibBaş Prokurorluq dəm qazı təhlükəsi barədə müraciət edib
Previous Post

Milli Məclisin sədri ADPA ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb

Next Post

Vyetnamda Nipah virusu ilə əlaqədar tədbirlər görülüb

Bənzər yazılar

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb. Elchi.az xəbər verir ki, bu...

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00

Sabah bir neçə rayonun bəzi ərazilərində su olmayacaq. Bu barədə Elchi.az-a İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib. Bildirilib ki,...

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş...

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18

2026-cı ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 179 525 nəfər olub. Bu barədə Elchi.az-a Dövlət Sosial...

Next Post
Vyetnamda Nipah virusu ilə əlaqədar tədbirlər görülüb

Vyetnamda Nipah virusu ilə əlaqədar tədbirlər görülüb

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 17:13
ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05
Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00
AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51
“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

06 Oktyabr 2026 - 16:26
Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07
Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.