Vyetnamın Səhiyyə Nazirliyi Hindistanda Nipah virusunun yayılması fonunda yerli hakimiyyət orqanlarına epidemioloji nəzarəti gücləndirməyi, həmçinin sərhəd-keçid məntəqələrində və tibb müəssisələrində yoxlamaları sərtləşdirməyi tapşırıb.
Elchi.az xəbər verir ki, bu barədə “VnExpress” nəşri məlumat yayıb.
Nazirlik bu xəbərdarlığı Hindistan hakimiyyətinin Qərbi Benqaliyada tibb işçiləri arasında Nipah virusuna yoluxma şübhələri barədə məlumat verməsindən sonra yayıb.
Vyetnam Səhiyyə Nazirliyi vətəndaşlara qida təhlükəsizliyi qaydalarına əməl etməyi, emal olunmamış kokos meyvəsindən və təzə kokos suyundan istifadə etməməyi tövsiyə edib.
Həyat üçün təhlükəli olan Nipah virusunun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Bir gün əvvəl bildirilib ki, orada beş nəfər xəstələnib, təxminən yüz nəfər isə karantinə alınıb. Hazırda bu xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman və ya peyvənd yoxdur.
Məryəm





















