ABŞ-ın Şimali Karolina ştatında kiçik təyyarə qəzasında yeddi nəfər həlak olub.
Elchi.az xəbər verir ki, dövlət rəsmiləri bildiriblər ki, “Cessna 550” biznes təyyarəsindəki hər kəs Statesville hava limanına eniş zamanı baş verən qəzada həlak olub.
Rəsmilər qəzadan sonra baş verən yanğın səbəbindən sərnişinlərin dəqiq siyahısını paylaşa bilmədiklərini, lakin ölən yeddi nəfər arasında təqaüdə çıxmış American National Stock Car Racing (NASCAR) sürücüsü Qreq Biffl, həyat yoldaşı və iki uşağının olduğu güman edildiyini bildiriblər. Rəsmilər qəza ilə bağlı istintaqın davam etdiyini qeyd ediblər.
ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin Statesville hava limanına eniş zamanı qəzaya uğradığını bildirmişdi. Mətbuata yayımlanan görüntülərdə təyyarənin qalıqlarının tapıldığı uçuş-enmə zolağından alovların qalxdığı görünürdü.
Şayəstə





















