ABŞ Tayvana raketlər və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla 10 milyard dollardan çox dəyərində silah satışı paketi elan etdi.
Elchi.az xəbər verir ki, Dövlət Departamenti Trampın “Birliyin Vəziyyəti” çıxışı zamanı Tayvana silah satışını elan etdi.
Açıqlamaya görə, paketə 82 HIMARS raket sistemi, 420 Yerüstü Taktiki Raket Sistemi (ATACMS), 60 Haubitsa sistemi və əlaqəli avadanlıq, eləcə də PUA daxildir. Dəyəri 10 milyard dollardan çox olan paketə həmçinin hərbi proqram təminatı, Javelin və TOW raketləri, helikopter ehtiyat hissələri və Harpoon raketləri üçün təmir dəstləri daxildir.
Şayəstə





















