İran haker qrupunun keçmiş İsrail Baş naziri Naftali Bennetin mobil telefonuna sızdığı iddia edilib.
Elchi.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzetində yer alan məlumata görə, “Handala” adlı İran haker qrupu Bennettin mobil telefonuna sızdırıldığını açıqlayıb.
Məlumata görə, qrup həmçinin Bennettin telefonuna sızma zamanı “Osminoq Əməliyyatı” adlandırdığı mesaj göndərib.
Mesajda İsrailin kibertəhlükəsizlikdə “lider olması ilə fəxr etdiyi” və qrupun Bennettin mobil telefonuna “asanlıqla haker hücumu etdiyi” qeyd olunub. Qrupun mesajda Bennettin telefon nömrələrini də paylaşdığı bildirilir.
Keçmiş İsrail Baş Naziri Bennetin telefonunun İran hakerləri tərəfindən sızdırıldığı xəbəri ilə bağlı hələ açıqlama verməyib.
Məryəm





















