"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gənc dirijorun böyük musiqi dünyası: Nəsibə Cəfərova ilə SÖHBƏT

08 Dekabr 2025 - 16:03
in CƏMİYYƏT, MƏDƏNİYYƏT
FacebookVatsap

Dirijor Nəsibə Cəfərova gənc yaşına baxmayaraq, musiqiyə olan dərin sevgisi və peşəkarlığı ilə fərqlənir. O, səhnədəki enerjisi, zərifliyi və dəqiqliyi ilə həm musiqiçiləri, həm də tamaşaçıları valeh edir.

Bunu da oxuyun

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Geomaqnit qasırğası olacaq

Klassik musiqiyə yeni baxış gətirən gənc dirijorla bu dəfə sənət yolundan, qarşılaşdığı çətinliklərdən və gələcək planlarından danışacağıq…

– Nəsibə xanım, dirijor olmaq arzusu sizdə necə formalaşdı?

– Dirijor olmaq arzusu məndə uşaqlıqdan formalaşıb. Musiqiyə atdığım ilk addımlardan bu arzu məndə yaranıb. Ailəm musiqiçi olmasa da anamın musiqi istedadı var. O, bu istedadı mənə və qardaşıma ötürüb. İlk olaraq dirijor olmağı düşünməsəm də, hamı kimi fortepiono şöbəsinə qəbul oldum. İlk dəfə Bax, Haydın, Bethovendən ifa etməyə başladım. Amma hardasa milli musiyə olan sevgim, milli köklərə olan bağlılığım məni musiqiyə həm yaxınlaşdırdı, həm də başqa bir istiqamətdə doğmalaşdırdı. Zamanla anladım ki, mən məhz xalq çalğı alətlərinin dirijoru olaraq musiqiyə yaxın ola bilərəm, xalq musiqisini gözəl duya bilərəm və arzuladığım kimi milli ruhda formalaşa bilərəm

– İlk dəfə orkestrin qarşısına keçdiyiniz anı xatırlayırsınızmı? Hissləriniz necə idi?

– Əlbəttdə ilk dəfə orkestr qarşısında çıxış etmək həyəcanlı bir an idi. Ümumiyyətlə məsuliyyət olmasa həyəcan olmaz. Ən dahi şəxslər belə orkestr qarşısında çıxış edərkən həyəcanlarını gizlətməyiblər. Dirijorluğa maraq yaranmağımın səbəbi Üzeyir bəy Hacıbəyliyə , Niyaziyə olan sevgimdir . Həyəcanlı olmaq məsuliyyətin nə dərəcədə güclü olmasından xəbər verir.

– Ailəniz və yaxınlarınız bu seçimdə sizi necə dəstəklədi?

– Öncədən qeyd etdiyim kimi, anamın musiqiyə olan həvəsi bizdə maraq yaradıb. Anamın dəstəyi çox böyük olub. Ümumiyyətlə, demokratik ailədə böyümüşəm. Seçimlər həmişə bizə buraxılır. Yetər ki seçimlər doğru olsun.
Atamında seçimi mənə qarşı həmişə müsbət idi. O da arzulayırdı ki, dirijor olum və
səhnələrdə çıxış edim.

– Bir dirijor üçün nəzəri biliklər, yoxsa daxili hiss, hansı daha önəmlidir?

– Nəzəri biliklər olmasa ümumiyyətlə musiqiçi kimi formalaşmaq çətindir. Dahi Üzeyir bəy Hacıbəyli özü deyirdi ki, istedadın yarısı çalışmaqdır. İnsan istedadlı doğula bilər, potensiallı ola bilər, amma nəzəri bilgilərinin olması vacib şərtlərdəndir. Dirijorun gözəl instiuasiyası olmalıdır. Bəzən elə olur bir neçə gün, hətta bir neçə saat ərzində hər hansı bir əsərin ifasında dirijorluq edib orkestrə ötürməlisən. Alətləri hiss etmək və yönətmək üçün mən bunu hiss etməliyəm. Burada intuisiya çox vacibdir.

– Orkestr üzvləri ilə münasibət qurmaqda ən vacib cəhət nədir?

– Deyərdim ki, ən vacib cəhət onları məsuliyyətə səsləməkdir. Onlarda psixoloji məsuliyyət hissini yaratmaq lazımdır. Orkestrdə hər bir kəs bilməlidir ki, kütləyə xidmət etdiyi halda solo ifaçı olmasa belə onun ifasında buraxılan cüzi bir səhv digər ifaçıya da təsir edə bilər. Məsuliyyət hissi orkestrdə hər bir ifaçıda olarsa, fundamental bir iş ortaya qoyulur. Ən əsası məsuliyyətli müəllimə qarşı məsuliyyətli şagird dialoqunu qurmaqdır. Zənnimcə elə ən böyük cəhət də budur.

– Konsert zamanı ən çox nəyə diqqət yetirirsiniz — emosiyaya, texnikaya, yoxsa intonasiyaya?

– Əlbətdə hər bir şeyə diqqət yetirmək lazımdır. Dirijor bir lider və rəhbəridir. Hesab edirəm ki, dirijor birinci növbədə öz emosialarını nəzərətda saxlamalıdır. Eyni zamanda dirijorun təcrübəsi olmalıdır. Orkestrdə düzgün intonasiyanın ötürülməsi vacib şərtdir.Çünki musiqinin düzgün strukturu, intonasiyası, dinləyiciyə düzgün ötürüldükdə yalnız bu zaman bəstəkarın bədii ideyası dinləyici üçün aydın olur.

– Qadın dirijor kimi bu sahədə hansı çətinliklərlə qarşılaşırsınız?

– Qadın olmaq ümüumiyyətlə çətin məsuliyyətdir. Qadın anadır, qadın müəllimdir, həyat yoldaşıdır. Qadın bir çox funksiyaları həyata keçirən şəxsdir. Hətta ibtidai icma quruluşuna nəzər salsaq, ana xaqanlığı ilə başladığını görərik. Dirijorluqda da qadın rolu çətin, məsuliyyətli və şərəflidir. Orkestrdə yeniyetmələr var. Burda xüsusi davranmaq vacibdir. Onlara ana qayğısı ilə yanaşmaq şərtdir. Onlarla ümumi psixoloji münasibət qurmalısan. Onları anlamalısan.

– Sizi ən çox hansı bəstəkarlar və ya əsərlər ilhamlandırır?

– Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyli və onun davamçları görkəmli bəstəkarlarımız Fikrət Əmirov, Səid Rüstəmov, Niyazinin eləcədə daha cavan nəsil Ramiz Mirişlinin, Sərdar Fərəcovun əsərləri məni ruhlandırır. Çünki bu bəstəkarlarda milli ruh, milli məqamlar daha güclüdür və hesab edirəm ki, həmin bəstəkarlar həm emosional olaraq yaxindir, həmdə onların xalq çalğı alətləri orkestrinə olan münasibəti ,orkestri duyma bacarığı bir tərəflidir.

– Gələcəkdə hansı səhnələrdə çıxış etmək, hansı orkestri idarə etmək arzunuz var?

– Bu barede hələ ki, danışmaq üçün yetərincə təcrübə yığmaq lazımdır. Əlbətdə istəyərəm ki, nəinki ölkə daxili, həmçinin ölkə xaricində də bizim orkestr tanınsın. İlk adddımlarımı atmışam. Özbəkistandakı çıxışım böyük rəğbət qazandı. Ölkə daxilində Üzeyir Hacıbəylinin ev muzeyində konsertim baş tutdu. Rəşid Behbudov adına uşaq və Mahnı teatrında və bir çox tədbirlərdə orkestrimlə yüksək səviyyədə çıxışlar etdik.
Gələcəkdə çox istərdim ki, nəinki türk dövlətlərində, qərb ölkələrində də çıxışlarımız olsun. Bu, mənim böyük arzumdur. Vətənimizi xaricdə təmsil etmək hər bir vətəndaşın, xüsusilə bizim kimi vətəndaşların borcudur.

– Dirijor Nəsibə Cəfərovanı 10 ildən sonra necə görürsünüz?

– On il sonra dirijor Nəsibə Cəfərovanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Orkestr dirijoru kimi görürəm. Lakin hunlar mənim arzularımdır. Arzulara doğru getmək isə əsas hədəflərimdən biridir.

Söhbətləşdi: Havar Şəfiyeva

Previous Post

DGK: Bəzən xaricdən gətirilən məhsullar bəyan edilmir

Next Post

FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Bənzər yazılar

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Next Post
FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək

Yağıntılı hava bu tarixədək davam edəcək

Yağıntılı hava bu tarixədək davam edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.