Dağıstanda yaxın vaxtlarda müvafiq fətva verilməklə niqab qadağan olunacaq.
Elchi.az xəbər verir ki, bu barədə respublikanın müftisi Əhməd Abdullayevin çıxışından bir fraqmenti “Mash” Teleqram kanalı təqdim edib.
“Bu gün işçilərimiz bunun üzərində işləyirlər. Biz niqabın qadağan edilməsinə dair fitva verəcəyik”, – deyə dini lider respublika rəhbərliyinin iştirakı ilə keçirilən iclasda bildirib.
Xatırladaq ki, iyunun 23-də Dağıstanda eyni vaxtda bir neçə terror aktı həyata keçirilib. Son məlumatlara görə, 22 nəfər onların qurbanı olub. Terrorçulardan biri niqab taxaraq hadisə yerindən qaçmaq istəyib.
Rusiyada isə niqab qadağasının müzakirəsi may ayından başlayıb. İlkin olaraq Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin səsləndirdiyi ideyanı Dövlət Dumasının deputatı Mixail Matveyev dəstəkləyib. İslam ruhanilərinin bəzi nümayəndələri bunun əleyhinə çıxış ediblər.
Yeganə
Mənbə: Lenta.ru