Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın mövqelərini yaxınlaşdırmaq barədə razılığa gəliblər ki, bu da iki ölkə arasında münasibətlərə müsbət təsir edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya liderinin müşaviri Anton Kobyakov RİA Novosti-yə müsahibəsində bildirib.
O, Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə açıqlama verib. “Bu çox mühüm hadisələrdən sonra, bizim prezidentimiz və Tramp mövqelərini bir-birinə yaxınlaşdırmaq, münasibətləri effektiv şəkildə yaxşılaşdırmaq barədə razılığa gəldikdən sonra baş verir”, – rəsmi bildirib.
Avqustun 15-də Putin və Tramp Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. İki lider arasında söhbət 2 saat 45 dəqiqə davam edib.
Nuranə Məmmədova






















Son şərhlər