ABŞ prezidenti Donald Trampın ABŞ Müdafiə Nazirliyinin adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacağı bildirilir.
Elchi.az Fox News-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi Trampın ABŞ Müdafiə Nazirliyinin adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacağını təsdiqləyib.
Sərəncamda həmçinin qeyd olunub ki, müdafiə naziri rütbəsi “Müharibə katibi” kimi yenilənəcək.
Bildirilib ki, Pentaqonun ictimai internet saytlarından tutmuş ofis lövhələrinə qədər bir çox sahədə dəyişikliklər ediləcək.
ABŞ-ın müdafiə naziri Pit Heqsetə ad dəyişikliyinin daimi olması üçün həm qanunvericilik, həm də icra hakimiyyətləri səviyyəsində addımlar təklif etmək tapşırılıb.
Şayəstə Hüseynova






















Son şərhlər