Ukrayna prezidenti Volodimir Zelenski ikinci dəfədir ki , rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya getməkdən imtina edib.
Elchi.az xəbər verir ki, bu barədə o, Fransa lideri Emmanuel Makronla “France24” tərəfindən yayımlanan birgə mətbuat konfransında bildirib .
“Əgər görüşün baş tutmamasını istəyirsinizsə, məni Moskvaya dəvət edin. Rusiya görüş haqqında danışmağa başlayıb – bu, artıq yaxşıdır. Amma hələlik sülhə hazırlıq yoxdur”, – Zelenski bildirib.
Eyni mətbuat konfransında Volodimir Zelenski Ukraynada Avropa ordularının olduğunu açıqlayıb . O, əlavə edib ki, ABŞ da təhlükəsizlik zəmanətlərinin bir hissəsi olacaq.
Nuranə Məmmədova






















Son şərhlər