"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“4 mövsüm Qrız”: Qrızda qadınlar üçün növbəti təlim keçirildi

19 Avqust 2025 - 13:16
in CƏMİYYƏT

hjçjh

FacebookVatsap

Azərbaycanın dağlıq ərazilərindən olan Quba rayonunun Qrız kəndində turizm sahəsində qadınların bilik və bacarıqlarını artırmağa yönəlmiş növbəti təlim keçirilib. Təlim “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Dövlət Turizm Agentliyinin donorluğu ilə həyata keçirilən “4 mövsüm Qrız” layihəsi çərçivəsində təşkil olunub. Təlimdə kəndin müxtəlif yaş qruplarından olan qadın sakinləri iştirak ediblər.

Bunu da oxuyun

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Tədbiri giriş sözü ilə açan “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini, “4 mövsüm Qrız” layihəsinin rəhbəri Jalə Quliyeva layihənin məqsəd və perspektivləri haqqında iştirakçılara məlumat verib: “Qrız kəndi Azərbaycanı ən unikal təbiətə və mədəniyyətə sahib bölgələrindən biridir. Biz bu layihə ilə qadınların potensialını üzə çıxarmaq, onları turizm təşəbbüslərində fəallaşdırmaq və kəndin dörd mövsüm boyunca turistlər üçün cəlbedici məkan olmasını təmin etmək istəyirik”. Jalə Quliyeva əlavə edib ki, layihənin əsas hədəfi kənddə turizm fəaliyyətlərini yalnız yay fəslində deyil, ilin bütün dövrlərində davamlı və dayanıqlı şəkildə həyata keçirmək üçün resurslar yaratmaqdır. 
Qrız kənd sakini, təlim iştirakçısı Mehriban Seyidova öz çıxışında qadınların turizm fəaliyyətində iştirakı ilə bağlı şəxsi müşahidə və təcrübələrini bölüşüb. O, bildirib ki, kənddə qadınların evlərində hazırladıqları yeməklər, əl işləri və qonaqpərvərlik ənənələri yerli turizmin əsas dayaqlarındandır: “Biz kənd qadınları olaraq uzun illərdir ki, qonaqları qarşılayırıq. Amma bu, sistemli və gəlir gətirən turizm modelinə çevrilməyib. İndi biz öyrənirik ki, bacardığımız işləri daha effektiv təqdim etməklə həm kəndimizə, həm ailəmizə fayda verə bilərik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra olunan bu layihə sayəsində biz yerli resursları turizm xidmətlərinə çevirəcəyik”. 

Təlimçi ekspert, turizm üzrə tanınmış mütəxəssis Vüqar Dərgahov kənd turizminin mahiyyəti, üstünlükləri və qarşıya çıxan əsas çətinliklər barədə geniş təqdimatla çıxış edib. O, kənd turizmini “həm sosial, həm də iqtisadi baxımdan dayanıqlı inkişaf aləti” kimi dəyərləndirib: “Kənd turizmi təkcə bir bölgənin təbiətinin nümayişi deyil, həm də mədəniyyətin, ailə dəyərlərinin və lokal iqtisadiyyatın yaşadılmasıdır. Qrız kəndinin resursları düzgün təqdimatla turizmin güclü tərəfinə çevrilə bilər”. Vüqar Dərgahov turizm xidmətləri sırasında yerli yeməklər, evdə gecələmə, bələdçilik, at gəzintisi, el şənlikləri və kənd həyatını yaşamaq kimi təcrübələrin təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O həmçinin, qadınların bu xidmətlərin əsas daşıyıcı qüvvəsi kimi çıxış edə biləcəyini bildirib. 

Təlimdən sonra açıq müzakirə sessiyası keçirilib. İştirakçılar təlimçi ekspertdən konkret tövsiyələr alıblar. Sual-cavab zamanı yerli qadınlar ən çox qarşılaşdıqları problemləri – logistika, dil baryeri, maddi texniki təchizat və bazara çıxış imkanlarının məhdudluğunu vurğulayıblar. Təlimin sonunda layihə heyəti tərəfindən qeyd olunub ki, gələcək mərhələlərdə kəndin turizm resurslarının xəritələnməsi, qadınların iştirakı ilə pilot turizm xidmətlərinin sınaqdan keçirilməsi və kiçik təşəbbüslərin biznes planlarının hazırlanması və kəndin turizm xidmətlərinin vahid brendinin formalaşdırılması planlaşdırılır. Layihə rəhbərliyinin verdiyi məlumata görə, bu cür təşəbbüslər təkcə Qrız kəndinin deyil, ümumilikdə Azərbaycanın dağlıq ərazilərində yerləşən icmaların sosial-iqtisadi inkişafına töhfə verməyə yönəlib. Layihənin davamlılığı isə yerli icmaların öz təşəbbüslərinə sahib çıxması və qadınların bu təşəbbüslərdə lider rolunu üzərlərinə götürməsi ilə mümkün olacaq.









Previous Post

Bu il universitetlərə müsabiqədən kənar qəbul olunanların sayı açıqlanıb

Next Post

Bu rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

Bənzər yazılar

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 16:14

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini...

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi, həmçinin Xidmətin regionda yerləşən bir sıra hissə və bölmələrinin rəis heyəti xidməti...

Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08

Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq. Elchi.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata...

Next Post

Bu rayonlarda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Pezeşkian Paşinyanı İrana səfərə dəvət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Litva arasında siyasi dialoqun genişləndirilməsi müzakirə edilib

27 Oktyabr 2026 - 16:29
ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək

27 Oktyabr 2026 - 16:22
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

27 Oktyabr 2026 - 16:14
BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

BMT Baş katibinin müavini: Vaxtilə Qarabağda gördüklərim məni dəhşətə gətirdi

27 Oktyabr 2026 - 16:06
İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

İtaliya Ukraynaya göstərdiyi yardıma görə problemlə üzləşib

27 Oktyabr 2026 - 16:00
“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

“Xameneinin səhhəti qaydasındadır” – Qalibaf

27 Oktyabr 2026 - 15:53
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq

27 Oktyabr 2026 - 15:44
FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

27 Oktyabr 2026 - 15:34
Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

Həlak olmuş FHN əməkdaşının ailəsinə medallar təqdim edildi

27 Oktyabr 2026 - 15:30
TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

TRIPP layihəsi sülh sazişindən əvvəl reallaşa bilər – Mirzoyan

27 Oktyabr 2026 - 15:16
Sabah 7 kənddə qaz olmayacaq

Sabah 7 kənddə qaz olmayacaq

27 Oktyabr 2026 - 15:08
Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

27 Oktyabr 2026 - 15:01
“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

“Microsoft” 60 000 əməkdaşını ixtisar etmək istəyir

27 Oktyabr 2026 - 15:00
Hava şəraiti ulduz müşahidələrinə mane olub

Hava şəraiti ulduz müşahidələrinə mane olub

27 Oktyabr 2026 - 14:52
Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

27 Oktyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.